15:43 / 13-02-2026
Şoyqu: Ermənistanda tikiləcək AES-nin pulunu gələcək nəsillər ödəyəcək
15:20 / 13-02-2026
Prezident İlham Əliyev Almaniyada səfərdədir - Foto
14:58 / 13-02-2026
Sabiq icra başçısının həbs müddəti uzadılıb
14:54 / 13-02-2026
Sanki bir mələk… - Din xadimi yazır
14:32 / 13-02-2026
Sərnişin təyyarəsi uçuş-enmə zolağından çıxıb
14:32 / 13-02-2026
Ali Məhkəmə mediada məlumatların silinməsi barədə vahid qərar qəbul edib
13:41 / 13-02-2026
Cənubi Qafqaz və Orta Asiya Rusiyanın təsir dairəsindən çıxır
13:28 / 13-02-2026
Sivilizasiyalara son qoyacaq vulkan yenidən aktivləşib
13:27 / 13-02-2026
Yeni vergi güzəştləri tətbiq ediləcək
13:04 / 13-02-2026
Küləkli hava şəraiti ilə bağlı xəbərdarlıq edilib
12:56 / 13-02-2026
Professor: Ramiz Mehdiyevin qorxulu şəbəkəsi var idi
12:45 / 13-02-2026
Gürcüstan və Türkiyə hərbçiləri NATO təlimlərində iştirak ediblər
12:32 / 13-02-2026
Sabahın hava proqnozu açıqlanıb
12:20 / 13-02-2026
Regional xəzinədarlıq idarələri ləğv olunur? - Açıqlama
12:12 / 13-02-2026
Vüqar Bayramov: "Hər min nəfərə düşən bələdiyyə sayı çoxdur"
12:04 / 13-02-2026
Paşinyan seçkilərdən əvvəl sülh sazişi bağlamaq istəyir
12:01 / 13-02-2026
Bakıda bələdiyyələr birləşə bilər
11:18 / 13-02-2026
Azərbaycandan Ermənistana nümayəndə heyəti gedib - Video
10:58 / 13-02-2026
Ermənistan-ABŞ-İran üçbucağı və “Tramp Yolu”
10:52 / 13-02-2026
Bu şəxslərin pensiyasına 300 faizlik əlavə edilir - Detallar
10:19 / 13-02-2026
Şəhid oğlu direktor təyin edilib
10:07 / 13-02-2026
Gültəkin Hacıbəyli "Ramiz Mehdiyev işi”nə cəlb edilməyib?
10:00 / 13-02-2026
Xəbərdarlıq: ailə sirriniz sosial şəbəkə reklamına çevrilə bilər!
09:08 / 13-02-2026
Yerə iki ulduzlararası naməlum obyekt düşüb - Foto
08:37 / 13-02-2026
Zibillikdən 120 min avroluq qızıl külçələr tapılıb
08:29 / 13-02-2026
Qazaxıstan Konstitusiya referendumuna hazırlaşır
08:24 / 13-02-2026
Ərdoğan: Balkanları heç vaxt unutmuruq - Foto
08:12 / 13-02-2026
Almaniyalı nazirin davranışı təəccüb doğurub
08:07 / 13-02-2026
Münxen konfransının iştirakçıları Trampdan ehtiyat edirlər
07:59 / 13-02-2026
Dövlət Departamenti Rubionun cavabını redaktə edib
Vüsal Qasımlı: "Ermənistanın maliyyə təhlükəsizliyi təhdidlə üzləşib"
Tarix: 15-07-2020 13:57 | Bölmə: İqtisadiyyat

"Ermənistanın iqtisadi inkişafı borc cəlbinə əsaslanır və ölkə getdikcə xaricdən daha çox asılılığa düşməkdədir".
Reyting.az xəbər verir ki, bunu İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı bildirib.
"Ermənistan Maliyyə Nazirliyinin 2020-ci ilin I yarımilinin nəticələri üzrə açıqladığı statistik göstəricilərə əsasən, bu ölkənin ümumi dövlət borcu 7,7 milyard ABŞ dollarına çatıb. Bunun da 6 milyard ABŞ dolları xarici borcun payına düşüb. Təkcə bir faktı qeyd edək ki, bu ölkənin ümumi dövlət borcunun 80%-i xarici valyutadadır və bu istiqamət üzrə son dövrlərin davamlı neqativ tendensiyası həmin ölkənin maliyyə təhlükəsizliyinin nə dərəcədə kövrək olduğunu göstərir. Belə ki, hazırda Ermənistanın xarici borcu maliyyə təhlükəsizliyi üzrə bütün normaları aşıb və bu ölkənin Ümumi Daxili Məhsulunun (ÜDM) 42%-i civarındadır. Qeyd edək ki, ümumi dövlət borcunun ÜDM-ə nisbəti son dövrlər davamlı olaraq artmaqdadır. Belə ki, 2015-ci illə müqayisədə ümumi dövlət borcunun ÜDM-ə nisbəti 48%-dən 54%-ə, xarici dövlət borcunun ÜDM-ə nisbəti isə 40%-dən 42%-ə qədər artıb. Dünya Bankı dövlət borcunun ÜDM-ə nisbəti göstəricisinin qarşıdakı dövrdə daha da pisləşəcəyini və ilinin sonuna 57,2%-ə çatacağını proqnozlaşdırıb. Belə ki, 2019-cu ildə ümumi dövlət borcu 6% artdığı halda, təkcə cari ilin 6 ayı ərzində bu göstərici 5%, xarici borc isə 4,6% artım göstərib. Beynəlxalq Valyuta Fondunun (BVF) missiyasının müxtəlif ssenarilər üzrə hesablamaları bu ölkənin ümumi dövlət borcunun büdcə gəlirlərinə nisbətinin yaxın 5 il ərzində də 200%-dən çox olacağını göstərir. Vergi gəlirlərinin azalması və fiskal xərclərin artması büdcə defisi ilə bağlı məsələni daha da kəskinləşdirəcək və BVF-nin ekspertlərinin hesablamalarına əsasən büdcə defisitinin ÜDM-də çəkisi cari ildə 5%, ümumi borcun ÜDM-də çəkisi isə 60%-dən yüksək olacaq. Göründüyü kimi hər iki mötəbər qurum Ermənistanın maliyyə asılılığının hələ də yüksək olaraq qalacağını qeyd edir. Bu ölkənin mərkəzi hökumətinin borclarının 79%-i xarici valyutadadır. Atılması planlaşdırılan bütün fiskal tədbirlərə rəğmən Beynəlxalq Valyuta Fondu bu göstəricinin 2025-ci ilə qədər 73%-dən yüksək olacağını proqnozlaşdırır. Əlbəttə ki, bu da ölkə iqtisadiyyatını valyuta riskinə qarşı uzun müddət volatil və qeyri-stabil vəziyyətdə saxlayacaqdır. Bu ölkənin hazırki addımları, eyni zamanda pandemiyanın əks təsirlərini aradan qaldırmaq üçün borclanmaya getməsi ölkədə iqtisadi və maliyyə təhlükəsizliyinin daha da kəskinləşəcəyini göstərir. Belə ki, 2015-ci ilin sonu ilə müqayisədə 2019-cu ilin yekunlarına əsasən bu ölkənin xaricdən cəlb etdiyi kreditlərin miqdarı 2 dəfə artıb", - deyə o, qeyd edib.
V.Qasımlının sözlərinə görə, Ermənistanın xaricdən cəlb etdiyi kreditlər isə 4,5 milyard ABŞ dollarına çatıb ki, bu da ölkənin ÜDM-nin 33%-i civarındadır: "Burada bir məqamı qeyd edək ki, Ermənistana kredit resurslarının cəlb olunmasında beynəlxalq təşkilatlardan ən böyük pay Dünya Bankının qurumları (Beynəlxalq Yenidən Qurma və İnkişaf Bankı, Beynəlxalq İnkişaf Assosiasiyası), Asiya İnkişaf Bankı, Avrasiya İnkişaf Bankı, ölkələrdən isə Rusiya, Almaniya və Yaponiyaya məxsusdur. Ümid edirik ki, artıq bu təşkilatlar və ölkələr də Ermənistanın təcavüzakar, etibarsız və regionda sülhü destabilizəedici hərəkətlərini müşahidə edərək bu ölkəyə maliyyə vəsaitlərinin verilməsini məhdudlaşdıracaq. Ermənistan iqtisadiyyatının xaricdən maliyyə asılılığı təkcə borc vəsaitlərinin cəlb edilməsi parametrləri üzrə deyildir. Belə ki, bu ölkə pul köçürmələrindən də yüksək səviyyədə asılıdır. Xaricdən pul köçürmələrinin ÜDM-də xüsusi çəkisinə görə Ermənistan dünyada ən pis vəziyyətdə olan ölkələrdən biridir. Belə ki, nüfuzlu “Miqrasiya və İnkişaf üzrə Qlobal Bilik Əməkdaşlığı” (KNOMAD) platformasının açıqladığı statistik göstəriciləri təhlil edəndə görünür ki, 2019-cu ildə xaricdən pul köçürmələri Ermənistan iqtisadiyyatının toplam ÜDM-nin 11,4%-ni təşkil edib və bu rəsmi göstəricilərə əsaslanan statistikadır. Hansı ki, bu göstəriciyə görə Ermənistan dünyada 153-cü mövqeyi bölüşür və statistikası açıqlanmış cəmi 25 ölkədən “yaxşı” vəziyyətdədir. Bu isə məlum ölkənin iqtisadi təhlükəsizliyinin nə qədər bərbad vəziyyətdə olduğunun göstəricisidir. Bu ölkə rəsmilərinin açıqlamalarında da xaricdən maliyyə transferlərinin ölkənin iqtisadiyyatındakı payının açıqlanan rəsmi statistikadan çox daha böyük olduğu qeyd olunmuşdur və müxtəlif ekspertlərin hesablamaları bu rəqəmin 25 ətrafında olduğunu göstərir. Qeyd edək ki, Dünya Bankı 2020-ci il 22 aprel tarixli bəyanatında dünyada qlobal pul köçürmələrinin (yardımlar) cari il ərzində 20% aşağı düşəcəyini və bunun son illərin ən kəskin aşağı düşməsi olacağını açıqlayıb. Həmçinin, bu enmə zəncirinin ən kəskin aşağı düşməsi Avropa və Mərkəzi Asiya regionunda (27,5%) olacaq ki, bu da Ermənistana ən yüksək pul köçürmələrinin baş verdiyi regionlardan gəlirlərin kəskin azalması deməkdir. Bir məqamı da qeyd edək ki, Ermənistanda iqtisadi vəziyyət pandemiyadan öncə də gərgin idi. Belə ki, Beynəlxalq Valyuta Fondunun məlumatına əsasən 2019-cu ildə ötən illə müqayisədə bu ölkəyə investisiyaların ÜDM-ə nisbəti göstəricisi 5 faiz, yığım əmsalı isə 2 faiz azalmışdır. Beynəlxalq Valyuta Fondunun missiyası 2020-ci ilin sonunadək cari hesabın defisitinin ÜDM-də xüsusi çəkisinin 8,6 faizədək artacağını, həmçinin maliyyə hesabının kəskin azalacağını proqnozlaşdırmışdır ki, bunun da əsas səbəbləri kimi qeyri-rezidentlərin depozitlərinin geri çəkilməsi hesabına xarici özəl sərmaye axınlarının kəskin azalacağı və ölkəyə xaricdən gələn yardımların (xüsusilə də Rusiyadan) kəskin aşağı enəcəyi göstərilir. Təkcə mart ayında erməni dramı 5 faiz dəyər itirmişdir. Nəzərə alsaq ki, aprel ayında bəri Rusiyanın Qazprom şirkəti ilə təbii qazın qiyməti ilə bağlı yaşanan problemlər, bu ölkənin təbii enerji asılılığında olması, iqtisadi problemləri pandemiyanın neqativ təsirlərini azaltmaq məqsədilə maliyyə resurslarını cəlb etmək imkanlarını da məhdudlaşdırır. Beynəlxalq Valyuta Fondu tərəfindən bu ölkəyə net birbaşa xarici investisiyaların isə 2020-ci ilin sonunadək 161 milyon ABŞ dolları ətrafında olacağı proqnozlaşdırılır ki, bu da 2019-cu illə müqayisədə 2,5 dəfə azalma deməkdir. Bu ölkənin ümumi beynəlxalq rezervlərinin də ilin sonuna doğru azalacağı və 2,9 milyard ABŞ dollarından 2,2 milyard ABŞ dollarına düşəcəyi proqnozlaşdırılır.
Göründüyü kimi, Ermənistan iqtisadi göstəricilərin bütün parametrləri üzrə xaricdən asılılıqda olan ölkədir və bütün mötəbər proqnozlar da bu ölkənin vəziyyətinin getdikcə daha da pisləşəcəyini və kəskin iqtisadi asılılıqla üz-üzə qalacağını göstərir. Burada bir məqamı xüsusilə qeyd etməliyik ki, beynəlxalq ekspertlər 2018-ci ildə Ermənistanda baş verən dəyişikliklərin əsas sosial-iqtisadi drayverlərinin hazırki dövrdə getdikcə daha kəskin şəkildə hərəkətə gəldiyini və bu ölkə üçün yeni neqativ siyasi nəticələri olacağını göstərirlər. Maliyyə təhlükəsizliyi, bütövlükdə iqtisadi təhlükəsizliyi təhdid altında olan bir ölkənin Azərbaycana qarşı provakasiyalara getməsi sonun başlanğıcıdır.”
Bölməyə aid digər xəbərlər

13-02-2026, 13:27
Yeni vergi güzəştləri tətbiq ediləcək
13-02-2026, 12:20
Regional xəzinədarlıq idarələri ləğv olunur? - Açıqlama
13-02-2026, 10:52
Bu şəxslərin pensiyasına 300 faizlik əlavə edilir - Detallar
13-02-2026, 00:06
Tək yaşayanlar Sürixdə 3-4 otaqlı mənzil ala bilməyəcək
12-02-2026, 17:18
Əmək qabiliyyətini itirənlərə müavinət ödəniləcək
12-02-2026, 15:14
Pərviz Şahbazov İran səfiri ilə müzakirə aparıb
12-02-2026, 13:50
Süni intellekt Rusiyada işsizlərin sayını artırır
12-02-2026, 13:33
Fermerlərə subsidiya ödənişləri başlayır
12-02-2026, 11:12
Azərbaycanın yeni rəqəmsal arxitekturası...
12-02-2026, 10:43
"Temu" "endirim kartları"nı bloklayıb
11-02-2026, 18:06
Azərbaycan üzərindən Ermənistana taxıl tədarükü artacaq
11-02-2026, 16:16
Deputatın oğlu 14 minlik tenderin qalibi olub
11-02-2026, 15:44
“Lukoil” xaricdəki bütün aktivlərini satır
11-02-2026, 15:17
“Kapital Bank” müştərilərinin kartlarını kütləvi bloklayıb
11-02-2026, 14:38
Pensiyalar yeni artımla birgə ödəniləcək
11-02-2026, 07:58
Ən çox mis hansı ölkədə istehsal olunur?
10-02-2026, 18:36
Ən böyük iqtisadi ərazilər... - Siyahı
10-02-2026, 16:46
Putinin qurduğu hərbi iqtisadiyyat çökmək üzrədir
10-02-2026, 12:03
Rusiya neft bazarında payını itirir
10-02-2026, 11:26
Bakıda "Tramp Marşrutu" ilə bağlı müzakirə aparılıb
10-02-2026, 08:55
Aİİ və Monqolustan rüsumları azaldacaq
9-02-2026, 17:20
Əmək pensiyaları indeksləşdirilir - (Yenilənib) - Sərəncam
9-02-2026, 17:03
Sahibkarlıq sahəsində aparılan yoxlamalar daha bir il dayandırılıb
9-02-2026, 13:52
Təbii minerallar iki ölkə arasında rəqabəti artırıb
8-02-2026, 08:55
"Starlink" interneti tam nəzarətə götürmək istəyir
6-02-2026, 22:43
Rusiyanın qızıl ehtiyatları 400 milyard dolları keçib
6-02-2026, 18:12
Prezident investisiya təşviqi qaydasına dəyişiklik edib - Fərman
6-02-2026, 15:07
Hindistan Rusiyanı Venesuela ilə əvəz edib
6-02-2026, 12:28
Bank və dövlət sektorlarına fişinq cəhdi müəyyən olunub
6-02-2026, 11:30
İşçi qrupun növbəti iclası keçirilib
6-02-2026, 10:13
İlon Mask öz smartfonunu istehsal etmək istəyir
5-02-2026, 16:03
Ən etibarlı avtomobillər hansılardır? - Siyahı
5-02-2026, 14:27
Əkrəm Həsənov: Camaatda pul yoxdur ki, manatı dollara çevirsin
5-02-2026, 13:31
Dünya bazarında mis kəskin ucuzlaşıb
5-02-2026, 12:19
Aqşin Fatehin restoranında saxta içkilər satılırmış - Fotolar
5-02-2026, 10:57
İdxaldan asılı olan ölkələr... - Siyahı
5-02-2026, 07:49
Ukraynanın dövlət borcu sürətlə artır
4-02-2026, 18:38
Avrasiya İqtisadi İttifaqı problemdən çıxış yolu axtarır - Foto
4-02-2026, 10:17
Mərkəzi Bank uçot dərəcəsini azaldıb
4-02-2026, 00:21
İlon Mask “SpaceX” və “xAI” şirkətlərini birləşdirib
3-02-2026, 11:06
"Evrascon" çöküb - Şirkətin borcu 7 milyona çatır
3-02-2026, 10:55
"Azvvallet"ə qadağa qoyulub
3-02-2026, 10:01
36 mənzili alan olmayıb - 1,8 milyonluq tender ləğv edilib
3-02-2026, 09:31
Pensiya üçün ən yaxşı ölkələr... - Siyahı
3-02-2026, 07:42
Dollar və istiqrazlarla bağlı təhlükəli dəyişiklik baş verə bilər
3-02-2026, 00:14
Aviadaşıyıcı gəmilərə malik ölkələrin reytinqi açıqlanıb
2-02-2026, 11:57
İşsizlik dövlət üçün əlavə risklər yarada bilər
2-02-2026, 10:21
Vergi və gömrük sahəsində yeni güzəştlə bağlı qərar imzalanıb

Qüdrət Həsənquliyev deyir ki, əgər İranda azərbaycanlılar etnik təmizləmə ilə üzləşsələr, Azərbaycan onları ya silahlandırmalı, ya da öz nizami ordusu ilə kömək etməlidir
Əfşar Süleymani: Trampın siyasəti İranın təklənməsinə gətirib çıxarıb. Bu günədək Rusiya və Çin də hərbi imkanlarının hamısını İrana verməyiblər
“Qarabağ”ın baş məşqçisi deyir ki, "Ayntraxt"la qarşılaşmada baxımlı oyun nümayiş etdirməyə çalışacaqlar
ADP sədri deyir ki, hələlik İranda baş verən proseslərin inkişafı xarici güclərin, xüsusilə ABŞ-ın mövqeyindən, həmçinin Türkiyə və Azərbaycanın bu məsələdə milli maraqlarını nə dərəcədə ön plana çəkməsindən asılı olacaq
Rejissor və aktyor deyir ki, yeni fəaliyyətə başlayan teatrda tamaşaçını pasiyent əvəz edəcək