Tarix: 12-11-2015 11:27 | Bölmə: İqtisadiyyat

2015-ci ilin yanvar-oktyabr aylarında istehlakçılara 20,4 milyard manatlıq və ya 2014-cü ilin müvafiq dövrü ilə müqayisədə 11,2 faiz çox məhsul satılıb.
Dövlət Statistika Komitəsinin məkumatına görə, ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə satışın həcmi 10,0 faiz artaraq 10168,3 milyon manata, qeyri-ərzaq məhsulları üzrə isə 13,4 faiz artaraq 10224,8 milyon manata bərabər olub.
Cari ilin on ayında elektron pərakəndə
ticarət dövriyyəsinin həcmi əvvəlki ilin eyni dövrünə nisbətən 1,9 dəfə artaraq
10,5 milyon manat təşkil etmişdir. Elektron ticarət vasitəsi ilə əhalinin
sifariş verdiyi istehlak məhsullarının 91,9 faizi hüquqi şəxslərdən, 8,1 faizi
isə fərdi sahibkarlardan alınıb. Elektron ticarət dövriyyəsinin 96,3 faizi
qeyri-ərzaq məhsullarının payına düşub.
2015-ci ilin yanvar-oktyabr aylarında
iaşə xidmətlərinin həcmi əvvəlki ilin eyni dövrü ilə müqayisədə 14,1 faiz
artaraq 841,6 milyon manat olub. Hüquqi şəxslər üzrə iaşə xidmətlərinin həcmi
366,7 milyon manat, bu sahədə fəaliyyət göstərən fərdi sahibkarlar üzrə isə
474,9 milyon manat təşkil edib.
Bölməyə aid digər xəbərlər
















Qüdrət Həsənquliyev deyir ki, əgər İranda azərbaycanlılar etnik təmizləmə ilə üzləşsələr, Azərbaycan onları ya silahlandırmalı, ya da öz nizami ordusu ilə kömək etməlidir
Əfşar Süleymani: Trampın siyasəti İranın təklənməsinə gətirib çıxarıb. Bu günədək Rusiya və Çin də hərbi imkanlarının hamısını İrana verməyiblər
“Qarabağ”ın baş məşqçisi deyir ki, "Ayntraxt"la qarşılaşmada baxımlı oyun nümayiş etdirməyə çalışacaqlar
ADP sədri deyir ki, hələlik İranda baş verən proseslərin inkişafı xarici güclərin, xüsusilə ABŞ-ın mövqeyindən, həmçinin Türkiyə və Azərbaycanın bu məsələdə milli maraqlarını nə dərəcədə ön plana çəkməsindən asılı olacaq
Rejissor və aktyor deyir ki, yeni fəaliyyətə başlayan teatrda tamaşaçını pasiyent əvəz edəcək