Tarix: 23-12-2016 13:11 | Bölmə: İqtisadiyyat
Tarif
Şurasının son iclasında təbii qaz üçün təsdiqlənmiş illik istehlak həcmi 1500
kubmetrdən 1700 kubmetrə, aylıq elektrik enerjisi istehlakının həcmi isə 250
kilovat-saatdan 300 kilovat-saata qaldırılıb. Yəni yuxarı tariflə olan illik xərc
qaza görə 20 manat, işığa görə 24 manat azaldılıb.
İqtisadçı-alim Qubad İbadoğlu bildirib ki, hələ bir müddət əvvəl "Ədalətsizliyin differensiyası və ya bir daha Tarif Şurasının qərarının fəsadları haqqında" yazısında differensiallaşma normasının düşgün müəyyənləşdirilmədiyini qeyd edib:
"Hələ o zaman təklif etmişdim ki, elektrik enerjisi üçün diffensiallaşma norması ailə üzvlərinin sayı ilə əlaqələndirilməli və 2 nəfərlik ailə üçün bu norma 300 kilovat-saatdan başlamalıdır”.
Q.İbadoğlu qeyd edib ki, Gürcüstanda bahalı tarif 300 kilovat-saat səviyyəsindən başlayır, Qırğızıstanda aşağı tarifin maksimum norması 700 kilovat-saatdır. Türkmənistanda isə hər ay adambaşına 35 kilovat, 1 ailə üçünsə minimal olaraq 100 kilovat elektrik enerjisi pulsuz verilir:
"Onu da əlavə edim ki, əhali qrupu üçün Qırğızıstanda 1 kilovat elektrik enerjisi 1,1 sent, Qazaxıstanda 4,7 sent, Azərbaycanda isə yuxarı tarif üzrə 6,3 sentdir”.
Tanınmış iqtisadçı bildirib ki, Tarif Şurasının qərarına korrektə edərək qaz və elektrik enerjisi üçün differensiallaşma normalarını dəyişdiyi halda, qiymətlərin sabit saxlanılması göstərir ki, digər enerji bazarlarında da tariflər artırılacaq.
Reyting.az
Bölməyə aid digər xəbərlər
















Qüdrət Həsənquliyev deyir ki, əgər İranda azərbaycanlılar etnik təmizləmə ilə üzləşsələr, Azərbaycan onları ya silahlandırmalı, ya da öz nizami ordusu ilə kömək etməlidir
Əfşar Süleymani: Trampın siyasəti İranın təklənməsinə gətirib çıxarıb. Bu günədək Rusiya və Çin də hərbi imkanlarının hamısını İrana verməyiblər
“Qarabağ”ın baş məşqçisi deyir ki, "Ayntraxt"la qarşılaşmada baxımlı oyun nümayiş etdirməyə çalışacaqlar
ADP sədri deyir ki, hələlik İranda baş verən proseslərin inkişafı xarici güclərin, xüsusilə ABŞ-ın mövqeyindən, həmçinin Türkiyə və Azərbaycanın bu məsələdə milli maraqlarını nə dərəcədə ön plana çəkməsindən asılı olacaq
Rejissor və aktyor deyir ki, yeni fəaliyyətə başlayan teatrda tamaşaçını pasiyent əvəz edəcək