Tarix: 22-12-2016 15:00 | Bölmə: İqtisadiyyat
Azərbaycan hökuməti və Asiya İnkişaf Bankı (AİB) respublikann iqtisadi
inkişafına dəstək məqsədilə 500 mln. məbləğində kredit sazişi imzalayıb. Bu barədə bankın Bakı
ofisindən məlumat verilib.
"Kredit sazişini maliyyə naziri Samir Şərifov və AİB-in Bakı nümayəndəliyinin rəhbəri Nəriman Mannapbekov imzalayıblar”,– deyə bankın nümayəndəsi bildirib.
Qeyd edək ki, AİB dekabrın 7-də Azərbaycana 500 mln. dolla məbləğində kreditin ayrılmasını təsdiqləyib. Bu kredit Azərbaycanda sosial xərclərə yönəldiləcək, yeni iş yerlərinin açılması və neftin ucuzlaşmasının mənfi təsirlərinin yumşaldılması üçün iqtisadiyyatın diversifikasiyasına xərclənəcək.
Vəsait AİB ölkələrinə dəstək üzrə antiböhran proqramı (Countercyclical Support Facility, CSF) çərçivəsində ayrılıb.
Azərbaycan hökuməti kredit vəsaitini 1,4 mlrd. Dollar dəyərində qiymətləndirilən antiböhran tədbirlər paketinin reallaşdırılmasına yönəltməyi planlaşdırır. Antiböhran planına büdcədən maliyyələşən təşkilatlarda işçilərin əməkhaqqının, pensiya və sosial yardımın məbləğinin artırılması, əhalinin həssas təbəqəsinə dəstək göstərilməsi daxildir. Plan 3,7 mln. nəfəri və ya respublika əhalisinin 1/3 hissəsini əhatə edəcək.
AİB vurğulayır ki, son iki ildə neftin ucuzlaşması Azərbaycan iqtisadiyyatı üçün çətinliklər yaradıb. Bankın qiymətləndirmələrinə görə, neft və qazın satışından əldə olunan gəlir ÜDM-in 30%-ni, dövlət büdcəsi gəlirlərinin 60%-ni, ixracdan əldə olunan gəlirlərin 90%-dən çox hissəsini formalaşdırır. Belə vəziyyət iqtisadiyyatda resessiyaya, manatın devalvasiyasına, əhalinin real gəlirlərinin azalmasına səbəb olub.
AİB, həmçinin islahatların hazırlanmasına dəstək məqsədilə Azərbaycana 1,2 mln. Dollar məbləğində texniki yardım göstərir. (İnterfaks-Azərbaycan)
Bölməyə aid digər xəbərlər
















Qüdrət Həsənquliyev deyir ki, əgər İranda azərbaycanlılar etnik təmizləmə ilə üzləşsələr, Azərbaycan onları ya silahlandırmalı, ya da öz nizami ordusu ilə kömək etməlidir
Əfşar Süleymani: Trampın siyasəti İranın təklənməsinə gətirib çıxarıb. Bu günədək Rusiya və Çin də hərbi imkanlarının hamısını İrana verməyiblər
“Qarabağ”ın baş məşqçisi deyir ki, "Ayntraxt"la qarşılaşmada baxımlı oyun nümayiş etdirməyə çalışacaqlar
ADP sədri deyir ki, hələlik İranda baş verən proseslərin inkişafı xarici güclərin, xüsusilə ABŞ-ın mövqeyindən, həmçinin Türkiyə və Azərbaycanın bu məsələdə milli maraqlarını nə dərəcədə ön plana çəkməsindən asılı olacaq
Rejissor və aktyor deyir ki, yeni fəaliyyətə başlayan teatrda tamaşaçını pasiyent əvəz edəcək