15:43 / 13-02-2026
Şoyqu: Ermənistanda tikiləcək AES-nin pulunu gələcək nəsillər ödəyəcək
15:20 / 13-02-2026
Prezident İlham Əliyev Almaniyada səfərdədir - Foto
14:58 / 13-02-2026
Sabiq icra başçısının həbs müddəti uzadılıb
14:54 / 13-02-2026
Sanki bir mələk… - Din xadimi yazır
14:32 / 13-02-2026
Sərnişin təyyarəsi uçuş-enmə zolağından çıxıb
14:32 / 13-02-2026
Ali Məhkəmə mediada məlumatların silinməsi barədə vahid qərar qəbul edib
13:41 / 13-02-2026
Cənubi Qafqaz və Orta Asiya Rusiyanın təsir dairəsindən çıxır
13:28 / 13-02-2026
Sivilizasiyalara son qoyacaq vulkan yenidən aktivləşib
13:27 / 13-02-2026
Yeni vergi güzəştləri tətbiq ediləcək
13:04 / 13-02-2026
Küləkli hava şəraiti ilə bağlı xəbərdarlıq edilib
12:56 / 13-02-2026
Professor: Ramiz Mehdiyevin qorxulu şəbəkəsi var idi
12:45 / 13-02-2026
Gürcüstan və Türkiyə hərbçiləri NATO təlimlərində iştirak ediblər
12:32 / 13-02-2026
Sabahın hava proqnozu açıqlanıb
12:20 / 13-02-2026
Regional xəzinədarlıq idarələri ləğv olunur? - Açıqlama
12:12 / 13-02-2026
Vüqar Bayramov: "Hər min nəfərə düşən bələdiyyə sayı çoxdur"
12:04 / 13-02-2026
Paşinyan seçkilərdən əvvəl sülh sazişi bağlamaq istəyir
12:01 / 13-02-2026
Bakıda bələdiyyələr birləşə bilər
11:18 / 13-02-2026
Azərbaycandan Ermənistana nümayəndə heyəti gedib - Video
10:58 / 13-02-2026
Ermənistan-ABŞ-İran üçbucağı və “Tramp Yolu”
10:52 / 13-02-2026
Bu şəxslərin pensiyasına 300 faizlik əlavə edilir - Detallar
10:19 / 13-02-2026
Şəhid oğlu direktor təyin edilib
10:07 / 13-02-2026
Gültəkin Hacıbəyli "Ramiz Mehdiyev işi”nə cəlb edilməyib?
10:00 / 13-02-2026
Xəbərdarlıq: ailə sirriniz sosial şəbəkə reklamına çevrilə bilər!
09:08 / 13-02-2026
Yerə iki ulduzlararası naməlum obyekt düşüb - Foto
08:37 / 13-02-2026
Zibillikdən 120 min avroluq qızıl külçələr tapılıb
08:29 / 13-02-2026
Qazaxıstan Konstitusiya referendumuna hazırlaşır
08:24 / 13-02-2026
Ərdoğan: Balkanları heç vaxt unutmuruq - Foto
08:12 / 13-02-2026
Almaniyalı nazirin davranışı təəccüb doğurub
08:07 / 13-02-2026
Münxen konfransının iştirakçıları Trampdan ehtiyat edirlər
07:59 / 13-02-2026
Dövlət Departamenti Rubionun cavabını redaktə edib
Vüsal Qasımlı: "Manatın real effektiv məzənnəsi son 5 ildə ən yüksək həddə çatıb"
Tarix: 23-06-2020 10:38 | Bölmə: İqtisadiyyat

"Koronavirus (COVİD-19) pandemiyası şəraitində manatın real effektiv məzənnəsi yüksəlir, hətta son 5 ildə ən yüksək həddə çatıb".
Bu sözləri İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı bildirib.
Onun sözlərinə görə, son 5 ildə Azərbaycan iqtisadiyyatı ikinci dəfədir ki, xarici şokların təsiri altında tarazlıq səviyyəsini dəyişir: "Bu mənada manatın real effektiv məzənnəsinə müsbət və mənfi təsiri olan arqumentlər var. Real effektiv məzənnənin Azərbaycan Mərkəzi Bankının (AMB) uçot dərəcəsi ilə düz mütənasib əlaqəsi var. Sonuncu dəfə AMB uçot dərəcəsini 7,25%-dən 7%-ə endirib. Bu qərar inflyasiyanın və inflyasiya gözləntilərinin azalması və valyuta bazarında stabilliyin davam etməsi, beynəlxalq konyunkturun qismən yaxşılaşması nəzərə alınmaqla, həmçinin investisiya fəallığının artırılması üçün qəbul edilib. 3,5 milyard manatlıq anti-böhran tədbirlərinin həyata keçirilməsinə başlanması pul bazasının da may ayında 8,5% genişlənməsinə zəmin yaradıb. Növbəti aylarda da pul bazasının fiskal siyasətin tələbinə uyğun olaraq bu ilin aprelində düşdüyü minimum səviyyədən artacağını proqnozlaşdırmaq mümkündür. Uçot dərəcəsinin aşağı salınması və pul bazasının genişlənməsi manatın real effektiv məzənnəsinə azaldıcı təsir göstərir”.
V.Qasımlı hesab edir ki, manatın real effektiv məzənnəsi milli iqtisadiyyatımızda məhsuldarlıqdan asılıdır: “Hazırda ölkədə əhali artımı və pandemiyanın təsiri altında ÜDM-in azalması məhsuldarlığı da azaldır. Bu ilin ilk 5 ayında əhalinin hər nəfərinə düşən ÜDM 2,5% azalıb. Beynəlxalq Valyuta Fondunun panel hesablamalarına görə, nisbi məhsuldarlığın 1% artımı milli valyutanın real məzənnəsini 0,2% bahalaşdırır. Azərbaycanda məhsuldarlığın azalması bu anlamda real effektiv məzənnəyə ucuzlaşdırıcı təsir göstərə bilərdi, sadəcə, ticarət partnyoru olduğumuz ölkələrlə müqayisədə məhsuldarlığın daha az düşməsi bu effekti “zərərsizləşdirir”. “Balassa-Samuelson” effektinə görə inkişaf etmiş və etməkdə olan ölkələrin qiymət fərqini doğuran onların iqtisadiyyatlarındakı fərqli məhsuldarlıq səviyyəsidir. Azərbaycanda alıcılıq qabiliyyəti paritetinə əsasən onsuz da qiymətlər inkişaf etmiş ölkələrlə müqayisədə aşağıdır. “Penn effekti” də bunu sübut edir. İndiki halda inflyasiyanın 2,9% olması da alıcılıq paritetini əhəmiyyətli dərəcədə pozmağa imkan vermir. Üstəlik manatın digər partnyor ölkələrin ucuzlaşan valyutalarından fərqli olaraq ABŞ dolları qarşısında sabitliyini də nəzərə alanda, manatın real effektiv məzənnəsinin yüksəlməsinin səbəbləri aydınlaşır. İqtisadiyyatın məhsuldarlığının artırılması təkcə manatın sabitliyi deyil, bütövlükdə dayanıqlı iqtisadi artım üçün əsas hədəfdir.”
V.Qasımlı həm də qlobal bazarlarda “qorxu indeksi”nin təsirlərinə də toxunub: “Qorxu indeksi” – VIX-in (volatillik indeksi) bu il tarixi rekordlara qədər yüksəlməsi də göstərir ki, dünyada investorlar riskli aktivlərdən qaçırlar və inkişaf etmiş ölkələrdən artıq 100 milyard dollardan çox vəsait çıxıb. Bu hal bütün inkişaf etmiş ölkələrin tədiyyə balansı kəsirini bağlamaq üçün sərmayə cəlbini çətinləşdirir. Bu ilin ilk rübündə Azəraycanın tədiyə balansınında kəsirin yaranmasının səbəbi də daha çox kapital və maliyyənin hərəkəti hesabında 1,4 milyard ABŞ dolları kəsir formalaşması ilə bağlı olmuşdur. Azərbaycan kimi “təhlükəsizlik” yastığı qalın olan ölkələr ehtiyat aktivlərin hesabına tədiyyə balansının kəsirini maliyyələşdirə bilirlər. Lakin belə üstünlüyü olmayan ölkələrdə real effektiv məzənnənin ucuzlaşması tədiyyə balansının kəsirinin qarşısını almaq üçün məhdud mübarizə üsullarından biridir. VIX-in (volatillik indeksi) 10% ucuzlaşması inkişaf edən ölkələrin milli valyutalarının real effektiv məzənnəsini orta hesabla 2,5% aşağı salır. Azərbaycanın strateji valyuta ehtiyatlarının səmərəli istifadəsi də tələb edir ki, cari əməliyyatlar balansında olan gərginlik xaricdən ölkəyə sərmayə cəlbi ilə tarazlaşdırılsın. Bunun üçün anti-böhran tədbirlərinə uyğun olaraq özəlləşdirmə, kapital amnistiyası, infrastrukturun yaxşılaşdırılması, insan kapitalının və institutların inkişafı, islahatların davam etdirilməsi və dövlətin təşviq alətləri həlledici ola bilər”.
“Beynəlxalq təcrübə göstərir ki, ölkə rezidentlərinin yerli aktivlərə sərmayə yatırması da milli valyutanın real effektiv məzənnəsinə müsbət təsir göstərir” deyən Vüsal Qasımlı həmçinin bildirib ki, məsələn, yaponların yerli aktivlərə sərmayə yatırması iqtisadiyyatın maliyyələşdirilməsində əhəmiyyətli rol oynayır: “Bakı Fond Birjasında və birjadan kənar bazarda dövr olunan minlərlə şirkətlərin səhm və istiqrazlarına, Azərbaycan hökumətinin və Mərkəzi bankın notları və istiqrazlarına, həmçinin daşınmaz əmlak və digər aktivlərə, hətta yerli startaplara rezidentlərimizin sərmayə yatırması səmərəli olardı. Dövlətin borc strategiyasına əsasən xarici borcun bir hissəsinin daxili borcla əvəzlənməsi, hətta Asiya İnkişaf Bankı (ADB) kimi investorların manatla borc verməsi milli valyutamızın real effektiv məzənnəsinə müsbət təsir edir. Yerli aktivlərə sərmayə yatırılması ölkədə bazar infrastrukturunun inkişafı, xüsusən də vasitəçilik institutlarından çox asılıdır. Məsələn, Azərbaycanda bir tərəfdən “EnterpriseAzerbaijan.com” portalına toplanan kifayət qədər startap, digər tərəfdən isə yığımını səmərəli yerləşdirmək istəyən çoxlu insanlarımız var. Amma inkişaf üçün vəsaitə ehtiyacı olan və bu vəsaitə malik olan tərəfləri bir yerə gətirən vasitəçilər yetərincə deyil. Bu baxımdan ölkədə investisiya fondları, investisiya şirkətləri, brokerlər, kraudfandinq və kraudinvestinq platformalarının inkişaf etdirilməsinə ehtiyac var”.
Onun fikrincə, beynəlxalq təcrübədə ÜDM-in gözlənilən artım proqnozlarının milli valyutanının real effektiv məzənnəsinə müsbət təsiri sübut olunub: “Bu il əksər ölkələrdə olduğu kimi, Azərbaycanda da iqtisadi geriləmə olacağı halda, növbəti ildən iqtisadi artımın bərpa olunması proqnozlaşdırılır. Hazırda hökümətdə növbəti il və daha sonrakı üç il üçün ÜDM proqnozları üzərində hesabalamalar gedir. BVF-nin panel hesablamalarına görə, ÜDM-in 1%-lik artımı milli valyutanın real effektiv məzənnəsini 2,5% yüksəldir”.
V.Qasımlı əlavə edib ki, real effektiv məzənnəyə təsir göstərən amillərdən biri də xarici ticarət şərtidir: “Azərbaycanda bu il ixrac qiymətləri (əsasən də neft qiymətləri – red.), idxal qiymətlərinə nisbətən daha çox ucuzlaşıb. Beləliklə, xarici ticarət şərti pisləşib ki, bunun da real effektiv məzənnəyə təsiri mənfidir. Manatın məzənnəsi xarici şokların təsiri qarşısında amortizator rolunu oynayır. İndiki halda məzənnə siyasəti vasitəsilə hökumət və Mərkəzi Bank qlobal zərbənin yerli istehlakçılara təsirini yumşaldır. Tam üzən məzənnə siyasəti tətbiq olunan ölkələrdə xarici ticarət şərti pisləşəndə, dərhal daxili tələb və buna uyğun olaraq da idxal azalır. Azərbaycan kimi tənzimlənən məzənnə rejimi olan ölkələrdə də bu qədər çevik olmasa da, xarici ticarət şərtinin pisləşmə dərəcəsinə uyğun olaraq daxili tələbin və idxalın azalması baş verir. Buna “xərc effekti” deyilir. Bu ilin ilk 4 ayında həm də xarici ticarət şərtinin pisləşməsinə görə Azərbaycana idxal müqayisəli qiymətlərlə 40,5% azalıb. Xarici ticarət şərtinin pisləşməsi “xərclərin yerdəyişməsi effekti”ni də yarada bilər. Belə ki, xarici ticarət şərti pisləşdiyindən, yerli istehlak və investisiyaları məhz yerli məhsulların istehsalına yönəltmək mümkündür. Beləliklə, təklif tərəfində də resursları yerli qeyri-ticari məhsullardan ticari sektora yönəltmək olar. Məsələn, Azərbaycanda tibb sənayesinin inkişafı üçün pandemiya dövründə addımlar atılır. Bunun üçün də real effektiv məzənnənin yumşalması uyğun görünür”.
Onun sözlərinə görə, özəl sektora verilən kreditlərin ÜDM-də xüsusi çəkisinin böyüməsi də milli valyutanın real effektiv məzənnəsini artırır: “Azərbaycanda pandemiya şəraitində kreditlərin restrukturizasiyası üzrə müraciətlərin icrası, faizlərin subsidiyalaşdırılması və zəmanət dəstəyinin genişləndirilməsi kredit portfelinin böyüməsinə imkan verir. Azərbaycanda kredit qoyuluşu ÜDM-in cəmi 20%-ni təşkil edir və orta dünya göstəricisinə - 130%-ə çatması üçün böyük potensialı var. Dünya üzrə hesablamalar göstərir ki, özəl kredit portfelinin ÜDM-ə nisbətinin 10% artması milli valyutanın real effektiv məzənnəsini 1,3% bahalaşdırır”.
V.Qasımlı sonda bildirib ki, manatın real effektiv məzənnəsinin yüksəlişi iqtisadiyyatın rəqabət qabiliyyətinə mənfi, əhalinin alıcılıq qabiliyyətinə isə müsbət təsir göstərir: “İndiki halda seçim Azərbaycan vətəndaşının marağıdır”.
Report
Bölməyə aid digər xəbərlər

13-02-2026, 13:27
Yeni vergi güzəştləri tətbiq ediləcək
13-02-2026, 12:20
Regional xəzinədarlıq idarələri ləğv olunur? - Açıqlama
13-02-2026, 10:52
Bu şəxslərin pensiyasına 300 faizlik əlavə edilir - Detallar
13-02-2026, 00:06
Tək yaşayanlar Sürixdə 3-4 otaqlı mənzil ala bilməyəcək
12-02-2026, 17:18
Əmək qabiliyyətini itirənlərə müavinət ödəniləcək
12-02-2026, 15:14
Pərviz Şahbazov İran səfiri ilə müzakirə aparıb
12-02-2026, 13:50
Süni intellekt Rusiyada işsizlərin sayını artırır
12-02-2026, 13:33
Fermerlərə subsidiya ödənişləri başlayır
12-02-2026, 11:12
Azərbaycanın yeni rəqəmsal arxitekturası...
12-02-2026, 10:43
"Temu" "endirim kartları"nı bloklayıb
11-02-2026, 18:06
Azərbaycan üzərindən Ermənistana taxıl tədarükü artacaq
11-02-2026, 16:16
Deputatın oğlu 14 minlik tenderin qalibi olub
11-02-2026, 15:44
“Lukoil” xaricdəki bütün aktivlərini satır
11-02-2026, 15:17
“Kapital Bank” müştərilərinin kartlarını kütləvi bloklayıb
11-02-2026, 14:38
Pensiyalar yeni artımla birgə ödəniləcək
11-02-2026, 07:58
Ən çox mis hansı ölkədə istehsal olunur?
10-02-2026, 18:36
Ən böyük iqtisadi ərazilər... - Siyahı
10-02-2026, 16:46
Putinin qurduğu hərbi iqtisadiyyat çökmək üzrədir
10-02-2026, 12:03
Rusiya neft bazarında payını itirir
10-02-2026, 11:26
Bakıda "Tramp Marşrutu" ilə bağlı müzakirə aparılıb
10-02-2026, 08:55
Aİİ və Monqolustan rüsumları azaldacaq
9-02-2026, 17:20
Əmək pensiyaları indeksləşdirilir - (Yenilənib) - Sərəncam
9-02-2026, 17:03
Sahibkarlıq sahəsində aparılan yoxlamalar daha bir il dayandırılıb
9-02-2026, 13:52
Təbii minerallar iki ölkə arasında rəqabəti artırıb
8-02-2026, 08:55
"Starlink" interneti tam nəzarətə götürmək istəyir
6-02-2026, 22:43
Rusiyanın qızıl ehtiyatları 400 milyard dolları keçib
6-02-2026, 18:12
Prezident investisiya təşviqi qaydasına dəyişiklik edib - Fərman
6-02-2026, 15:07
Hindistan Rusiyanı Venesuela ilə əvəz edib
6-02-2026, 12:28
Bank və dövlət sektorlarına fişinq cəhdi müəyyən olunub
6-02-2026, 11:30
İşçi qrupun növbəti iclası keçirilib
6-02-2026, 10:13
İlon Mask öz smartfonunu istehsal etmək istəyir
5-02-2026, 16:03
Ən etibarlı avtomobillər hansılardır? - Siyahı
5-02-2026, 14:27
Əkrəm Həsənov: Camaatda pul yoxdur ki, manatı dollara çevirsin
5-02-2026, 13:31
Dünya bazarında mis kəskin ucuzlaşıb
5-02-2026, 12:19
Aqşin Fatehin restoranında saxta içkilər satılırmış - Fotolar
5-02-2026, 10:57
İdxaldan asılı olan ölkələr... - Siyahı
5-02-2026, 07:49
Ukraynanın dövlət borcu sürətlə artır
4-02-2026, 18:38
Avrasiya İqtisadi İttifaqı problemdən çıxış yolu axtarır - Foto
4-02-2026, 10:17
Mərkəzi Bank uçot dərəcəsini azaldıb
4-02-2026, 00:21
İlon Mask “SpaceX” və “xAI” şirkətlərini birləşdirib
3-02-2026, 11:06
"Evrascon" çöküb - Şirkətin borcu 7 milyona çatır
3-02-2026, 10:55
"Azvvallet"ə qadağa qoyulub
3-02-2026, 10:01
36 mənzili alan olmayıb - 1,8 milyonluq tender ləğv edilib
3-02-2026, 09:31
Pensiya üçün ən yaxşı ölkələr... - Siyahı
3-02-2026, 07:42
Dollar və istiqrazlarla bağlı təhlükəli dəyişiklik baş verə bilər
3-02-2026, 00:14
Aviadaşıyıcı gəmilərə malik ölkələrin reytinqi açıqlanıb
2-02-2026, 11:57
İşsizlik dövlət üçün əlavə risklər yarada bilər
2-02-2026, 10:21
Vergi və gömrük sahəsində yeni güzəştlə bağlı qərar imzalanıb

Qüdrət Həsənquliyev deyir ki, əgər İranda azərbaycanlılar etnik təmizləmə ilə üzləşsələr, Azərbaycan onları ya silahlandırmalı, ya da öz nizami ordusu ilə kömək etməlidir
Əfşar Süleymani: Trampın siyasəti İranın təklənməsinə gətirib çıxarıb. Bu günədək Rusiya və Çin də hərbi imkanlarının hamısını İrana verməyiblər
“Qarabağ”ın baş məşqçisi deyir ki, "Ayntraxt"la qarşılaşmada baxımlı oyun nümayiş etdirməyə çalışacaqlar
ADP sədri deyir ki, hələlik İranda baş verən proseslərin inkişafı xarici güclərin, xüsusilə ABŞ-ın mövqeyindən, həmçinin Türkiyə və Azərbaycanın bu məsələdə milli maraqlarını nə dərəcədə ön plana çəkməsindən asılı olacaq
Rejissor və aktyor deyir ki, yeni fəaliyyətə başlayan teatrda tamaşaçını pasiyent əvəz edəcək