Tarix: 07-12-2016 14:14 | Bölmə: İqtisadiyyat

Azərbaycan Mərkəzi Bankı (AMB) "Azərbaycan Respublikasının rezident və qeyri-rezidentlərinin xarici valyuta əməliyyatlarının aparılması Qaydaları"nı təsdiqləyib.
AMB-dən verilən məlumata görə, ölkənin tədiyyə balansında valyuta kəsirinin azaldılması və valyuta nəzarətinin effektivliyinin artırılması məqsədi ilə Mərkəzi Bankın İdarə Heyəti 27 may 2002-ci il tarixli qərarı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının rezident və qeyri-rezidentlərinin valyuta əməliyyatlarının rejimi haqqında Qaydalar” və bu Qaydalara 28 iyun 2004-cü il tarixli dəyişikliklərin, 3 noyabr 2004-cü il tarixli dəyişikliklərin, 21 iyun 2007-ci il tarixli dəyişikliklərin, 27 sentyabr 2008-ci il tarixli dəyişikliklərin, 20 noyabr 2009-cu il tarixli dəyişikliklərin, 15 aprel 2010-cu il tarixli dəyişikliklərin ləğv edilməsi barədə qərar qəbul edib.
Yeni qaydalara əsasən, bank hesabı açılmadan Azərbaycan daxilində və ölkədən kənara xarici valyutada pul köçürmələri yalnız rezident və qeyri-rezident fiziki şəxslər tərəfindən aparıla bilər. Rezident və qeyri-rezident hüquqi şəxslər tərəfindən bank hesabı açılmadan xarici valyutada pul köçürməsi əməliyyatlarının aparılmasına yol verilmir.
Rezident və qeyri-rezident fiziki şəxsin xeyrinə bank hesabı açılmadan pul köçürməsi əməliyyatları üzrə daxil olan vəsait bank tərəfindən məhdudiyyət olmadan qəbul edilir və ödənilir. Köçürülmüş xarici vаlyutа vəsaitləri vəsaiti alana nağd şəkildə verilir və ya onun tapşırığı ilə bаnk hеsаbınа köçürülür.
Rеzidеnt və qeyri-rezident fiziki şəxs Azərbaycandan kənara bank hеsаbı аçmаdаn хаrici vаlyutа vəsаitlərini bir əməliyyаt günü ərzində 1 000 АBŞ dоllаrı, ay ərzində isə 10 000 dоllаr еkvivаlentinədək məbləğdə köçürə bilər.
Reyting.az
Bölməyə aid digər xəbərlər
















Qüdrət Həsənquliyev deyir ki, əgər İranda azərbaycanlılar etnik təmizləmə ilə üzləşsələr, Azərbaycan onları ya silahlandırmalı, ya da öz nizami ordusu ilə kömək etməlidir
Əfşar Süleymani: Trampın siyasəti İranın təklənməsinə gətirib çıxarıb. Bu günədək Rusiya və Çin də hərbi imkanlarının hamısını İrana verməyiblər
“Qarabağ”ın baş məşqçisi deyir ki, "Ayntraxt"la qarşılaşmada baxımlı oyun nümayiş etdirməyə çalışacaqlar
ADP sədri deyir ki, hələlik İranda baş verən proseslərin inkişafı xarici güclərin, xüsusilə ABŞ-ın mövqeyindən, həmçinin Türkiyə və Azərbaycanın bu məsələdə milli maraqlarını nə dərəcədə ön plana çəkməsindən asılı olacaq
Rejissor və aktyor deyir ki, yeni fəaliyyətə başlayan teatrda tamaşaçını pasiyent əvəz edəcək