Tarix: 05-12-2016 17:58 | Bölmə: İqtisadiyyat

Noyabr ayının 1-nə olan vəziyyətə görə, 2016-cı ilin yanvar-sentyabr aylarında banklar vəbank olmayan kredit təşkilatları tərəfindən Azərbaycan iqtisadiyyatına kredit qoyuluşları 27,2% - 15 mlrd. 820 mln. manata qədər azalıb. Bu barədə Mərkəzi Bankdan (AMB) məlumat verilib.
2016-cı il noyabrın əvvəlinə vaxtı keçmiş kreditlərin həcmi 1 mlrd. 375,6 mln. manat (azalma 8,8%) və ya bütün kreditlərin 8,7%-ni təşkil edir.
Noyabrın 1-nə dövlət payına malik olan banklar tərəfindən 5 mlrd. 528,8 mln. manat (azalma 24,2%) vəya bütün kreditlərin 34,9%-i, özəl banklar tərəfindən 9 mlrd. 817,9 mln. manat (azalma 29,2%) və ya bütün kreditlərin 62,1%-i həcmində kredit verilib. Qalan məbləğ bank olmayan kredit təşkilatlarının payına düşür.
Noyabrın sonuna verilmiş kreditlərin ümumi həcmindən 8 mlrd. 509,5 mln. manat (azalma 22,6%) milli valyuta, 7 mlrd. 310,5 mln. manat (azalma 31,9%) xarici valyuta ilə verilib. 10 ayın yekunları üzrə xarici valyutada kreditlərin xüsusi çəkisi 2015-ci ilin yekunları üzrə 49,4%-ə qarşı 46,2% təşkil edir.
Cari ilin noyabr ayının 1-nə olan vəziyyətə görə, bankların kredit qoyuluşlarının strukturunda 2 mlrd. 483,3 mln. manat (bütün kreditlərin 15,7%-i) ticarət və xidmət sahəsinin, 366,4 mln. manat (2,3%) energetika, kimya vətəbii sərvətlər sektorunun, 402,8 mln. manat (2,5%) kənd təsərrüfatı və emal sahəsinin, 1 mlrd. 820,4 mln. manat (11,5%) daşınmaz əmlak sahəsinin, 1 mlrd. 211,1 mln. manat (7,7%) sənaye və istehsalat sektorunun, 1 mlrd. 164,9 mln. manat (7,4%) nəqliyyat və rabitə sahəsinin, 5 mlrd. 906,1 mln. manat (37,3%) ev təsərrüfatı sahəsinin, qalan məbləğ isə digər sektorların payına düşüb. Bununla belə, yanvar-oktyabr aylarında ev təsərrüfatı sahəsinin kreditləşdirilməsi üzrə bankların portfeli 29,6% azalıb. (Mənbə: İnterfaks)
Bölməyə aid digər xəbərlər
















Qüdrət Həsənquliyev deyir ki, əgər İranda azərbaycanlılar etnik təmizləmə ilə üzləşsələr, Azərbaycan onları ya silahlandırmalı, ya da öz nizami ordusu ilə kömək etməlidir
Əfşar Süleymani: Trampın siyasəti İranın təklənməsinə gətirib çıxarıb. Bu günədək Rusiya və Çin də hərbi imkanlarının hamısını İrana verməyiblər
“Qarabağ”ın baş məşqçisi deyir ki, "Ayntraxt"la qarşılaşmada baxımlı oyun nümayiş etdirməyə çalışacaqlar
ADP sədri deyir ki, hələlik İranda baş verən proseslərin inkişafı xarici güclərin, xüsusilə ABŞ-ın mövqeyindən, həmçinin Türkiyə və Azərbaycanın bu məsələdə milli maraqlarını nə dərəcədə ön plana çəkməsindən asılı olacaq
Rejissor və aktyor deyir ki, yeni fəaliyyətə başlayan teatrda tamaşaçını pasiyent əvəz edəcək