Tarix: 30-11-2016 12:04 | Bölmə: İqtisadiyyat

"Bu ilin sonuna Azərbaycanda 58 mlrd. manatlıq ÜDM istehsalı gözlənilir”.
Bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq, Təbii ehtiyatlar, energetika və ekologiya, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə, Aqrar siyasət, İctimai birliklər və dini qurumlar komitələrinin birgə iclasında 2017-ci il dövlət büdcəsinin layihəsinin müzakirəsində maliyyə naziri Samir Şərifov deyib.
Onun sözlərinə görə, bu ilin sonuna iqtisadiyyatın 2,8 faizlik böhrana məruz qalacağı gözlənilir.
"Bu il qlobal iqtisadiyyatda baş verən proseslərin ölkə iqtisadiyyatına təsirinin azaldılması istiqamətində müvafiq tədbirlər görülür. Cari ildə görülən tədbirlərin 2017-ci ildə də davam etdirilməsi və genişləndirilməsi, ünvanlılıq və səmərəliliyin artırılması, yeni çağırışlara baxmayaraq makroiqtisadi sabitliyin qorunması əsas hədəflərdəndir”, - deyə nazir vurğulayıb.(APA)
Bölməyə aid digər xəbərlər
















Qüdrət Həsənquliyev deyir ki, əgər İranda azərbaycanlılar etnik təmizləmə ilə üzləşsələr, Azərbaycan onları ya silahlandırmalı, ya da öz nizami ordusu ilə kömək etməlidir
Əfşar Süleymani: Trampın siyasəti İranın təklənməsinə gətirib çıxarıb. Bu günədək Rusiya və Çin də hərbi imkanlarının hamısını İrana verməyiblər
“Qarabağ”ın baş məşqçisi deyir ki, "Ayntraxt"la qarşılaşmada baxımlı oyun nümayiş etdirməyə çalışacaqlar
ADP sədri deyir ki, hələlik İranda baş verən proseslərin inkişafı xarici güclərin, xüsusilə ABŞ-ın mövqeyindən, həmçinin Türkiyə və Azərbaycanın bu məsələdə milli maraqlarını nə dərəcədə ön plana çəkməsindən asılı olacaq
Rejissor və aktyor deyir ki, yeni fəaliyyətə başlayan teatrda tamaşaçını pasiyent əvəz edəcək