Tarix: 14-11-2016 12:15 | Bölmə: İqtisadiyyat

Azərbaycanda 2016-cı ilin 9 ayında valyuta bazarının həcmi ötən ilin eyni dövrünə nisbətən kəskin azalıb.
Mərkəzi Bankın (MB-nin) Pul siyasəti icmalında deyilir ki, bu ilin 9 ayında ötən ilin eyni dövrü ilə müqayisədə ABŞ dolları ilə valyuta əməliyyatlarının həcmi 2.8 dəfə, avro ilə əməliyyatların həcmi isə 2.7 dəfə kiçilib. (Azadlıq radiosu)
Dövr ərzində valyuta bazarında əməliyyatların 85 faizi ABŞ dollarında, 15 faizi digər valyutalarda aparılıb.
İcmalda qeyd edilir ki, 2016-cı ilin yanvar-sentyabr aylarında bankların satdığı xalis (yəni, alışlarla satışların fərqi) nağd ABŞ dolları ötən ilin eyni dövrü ilə müqayisədə 25 dəfə azalıb. Bu rəqəm 281 milyon ABŞ dollarına düşüb. Avro ilə əməliyyatlar isə 3.3 dəfə azalaraq 193 milyon avro təşkil edib.
Sənəddə bildirilir ki, 9 ayda valyuta bazarının həcminin azalması həm tələb, həm də təklif amilləri ilə əlaqədar olub.
Daha sonra sənəddə qeyd edilir ki, mal və xidmət idxalının azalması, habelə ötən illə müqayisədə dollarlaşmanın səngiməsi xarici valyutaya tələbə təsir göstərib. "2016-cı ilin ötən dövründə MB elan etdiyi yeni məzənnə rejiminə uyğun əməliyyat çərçivəsi tətbiq edib. MB valyuta bazarında iştirakı minimuma endirib. Dövlət Neft Fondunun (DNF) valyuta satışları da MB-də təşkil olunan hərraclar çərçivəsində həyata keçirilib. İlin 9 ayında DNF-nin xarici valyuta satışları 4 milyard ABŞ dolları təşkil edib”, – deyə sənəddə bildirilir.
Qeyd edilir ki, bu ilin 9 ayında MB-də 88 valyuta hərracı keçirilib.
Bölməyə aid digər xəbərlər
















Qüdrət Həsənquliyev deyir ki, əgər İranda azərbaycanlılar etnik təmizləmə ilə üzləşsələr, Azərbaycan onları ya silahlandırmalı, ya da öz nizami ordusu ilə kömək etməlidir
Əfşar Süleymani: Trampın siyasəti İranın təklənməsinə gətirib çıxarıb. Bu günədək Rusiya və Çin də hərbi imkanlarının hamısını İrana verməyiblər
“Qarabağ”ın baş məşqçisi deyir ki, "Ayntraxt"la qarşılaşmada baxımlı oyun nümayiş etdirməyə çalışacaqlar
ADP sədri deyir ki, hələlik İranda baş verən proseslərin inkişafı xarici güclərin, xüsusilə ABŞ-ın mövqeyindən, həmçinin Türkiyə və Azərbaycanın bu məsələdə milli maraqlarını nə dərəcədə ön plana çəkməsindən asılı olacaq
Rejissor və aktyor deyir ki, yeni fəaliyyətə başlayan teatrda tamaşaçını pasiyent əvəz edəcək