Tarix: 09-11-2016 13:22 | Bölmə: İqtisadiyyat
ABŞ-dakı prezident seçkilərində Donald Trampın qalib gəlməsi dünyanın qlobal fong birjalarına ciddi təsir göstərib. Seçkinin nəticələri dünya birjalarında neft ucuzlaşmasına səbəb olub.
Məlumata görə, Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barelə görə 1,65 dollar azalaraq 43,33 dollar təşkil edib.
ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin dəyəri isə 1,48 dollar azalaraq 44,56 dollar olub.
Neftin ucuzlaşmasına noyabrın 8-də ABŞ-da keçirilən prezident seçkilərinin ilkin nəticələrinə əsasən respublikaçı namizəd Donald Trampın liderliyi qoruyub saxlaması barədə məlumat səbəb olub.
Məlumatda bildirilir ki, Dow Jones indeksi 3,5%, S&P 500 4,26 və Nasdaq 4,1% geriləyib.
Asiya fong birjaları da günü xeyli zərərlə başa vurub.
Ekspertlər ehtimal edir ki, Trampın qələbəsi dolların əsas valyutalara (yapon ienası və Kanada dolları) qarşı ciddi ucuzlaşmasına və inkişaf etməkdə olan ölkələrin valyutasına qarşı isə ciddi bahalaşmasına səbəb ola bilər.
Bölməyə aid digər xəbərlər
















Qüdrət Həsənquliyev deyir ki, əgər İranda azərbaycanlılar etnik təmizləmə ilə üzləşsələr, Azərbaycan onları ya silahlandırmalı, ya da öz nizami ordusu ilə kömək etməlidir
Əfşar Süleymani: Trampın siyasəti İranın təklənməsinə gətirib çıxarıb. Bu günədək Rusiya və Çin də hərbi imkanlarının hamısını İrana verməyiblər
“Qarabağ”ın baş məşqçisi deyir ki, "Ayntraxt"la qarşılaşmada baxımlı oyun nümayiş etdirməyə çalışacaqlar
ADP sədri deyir ki, hələlik İranda baş verən proseslərin inkişafı xarici güclərin, xüsusilə ABŞ-ın mövqeyindən, həmçinin Türkiyə və Azərbaycanın bu məsələdə milli maraqlarını nə dərəcədə ön plana çəkməsindən asılı olacaq
Rejissor və aktyor deyir ki, yeni fəaliyyətə başlayan teatrda tamaşaçını pasiyent əvəz edəcək