Tarix: 23-10-2016 12:16 | Bölmə: İqtisadiyyat

Azərbaycana yeyinti məhsullarının idxalının həcmi illik müqayisədə 31,86% artaraq 2016-cı ilin yanvar-sentyabr aylarında 949 158,78 min ABŞ dolları təşkil edib.
Reyting.az-ın Dövlət Gömrük Komitəsinə istinadən verdiyi xəbərə görə, ət idxalı 88,2% artaraq 24 300,21 min dollar, kərə yağı və süddən hazırlanmış digər yağlar - 2,4 dəfə artaraq 38 437,38 min dollar, meyvə-tərəvəz - 2,1 dəfə artaraq 91 267,24 min dollar, çay - 2,7 dəfə artaraq 30 211,16 min dollar, süd idxalı 34,87% artaraq 5 750,53 min dollara çatıb. Bu müddətdə buğda idxalı isə 7,29% azalaraq 208 407,42 min dollar olub.
Hesabat dövründə Azərbaycanın cəmi idxalının 15,31%-i məhz yeyinti məhsullarının payına düşüb.
Qeyd edək ki, cari ilin ilk 8 ayı ərzində cəmi idxalda yeyinti məhsullarının payı 14,81% təşkil edib. Ötən ilin müvafiq dövründə isə bu göstərici 10,76% olub.
Bölməyə aid digər xəbərlər
















Qüdrət Həsənquliyev deyir ki, əgər İranda azərbaycanlılar etnik təmizləmə ilə üzləşsələr, Azərbaycan onları ya silahlandırmalı, ya da öz nizami ordusu ilə kömək etməlidir
Əfşar Süleymani: Trampın siyasəti İranın təklənməsinə gətirib çıxarıb. Bu günədək Rusiya və Çin də hərbi imkanlarının hamısını İrana verməyiblər
“Qarabağ”ın baş məşqçisi deyir ki, "Ayntraxt"la qarşılaşmada baxımlı oyun nümayiş etdirməyə çalışacaqlar
ADP sədri deyir ki, hələlik İranda baş verən proseslərin inkişafı xarici güclərin, xüsusilə ABŞ-ın mövqeyindən, həmçinin Türkiyə və Azərbaycanın bu məsələdə milli maraqlarını nə dərəcədə ön plana çəkməsindən asılı olacaq
Rejissor və aktyor deyir ki, yeni fəaliyyətə başlayan teatrda tamaşaçını pasiyent əvəz edəcək