Tarix: 28-09-2016 14:40 | Bölmə: İqtisadiyyat

"Əmanətlərin sığortalanması haqqında" qanuna uyğunlaşdırılması məqsədi ilə "Mərkəzi Bankı haqqında" və "Dövlət borcu haqqında" qanunlara dəyişikliklərin edilməsi təklif olunur.
Reyting.az xəbər verir ki, bu barədə Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında komitə sədri Ziyad Səmədzadə bildirib.
Mərkəzi Bankın İdarə Heyəti sədrinin müavini Aftandil Babayev dəyişikliklər barədə məlumat verib. Onun sözlərinə görə, "Mərkəzi Bankı haqqında" qanuna yeni maddə əlavə edilməsi təklif olunur. Belə ki, Mərkəzi Bankın funksiyalarına "Əmanətlərin sığortalanması haqqında" qanuna uyğun olaraq Əmanətlərin Sığortalanması Fonduna dövlətin zəmanəti ilə təmin olunmuş kreditin verilməsi də daxil edilib.
"Dövlət borcu haqqında" qanuna da yeni maddənin əlavə edilməsi təklif olunur. Belə ki, qanuna əlavə edilmiş 3.4-1-ci maddəyə əsasən, Əmanətlərin Sığortalanması Fondunun borcalmaları və onların dövlət zəmanəti ilə təmin olunması qaydası "Əmanətlərin sığortalanması haqqında" qanun ilə tənzimlənəcək.
Hər iki qanun layihəsi Milli Məclisin plenar iclasına tövsiyə edilib. Mənbə: APA
Bölməyə aid digər xəbərlər
















Qüdrət Həsənquliyev deyir ki, əgər İranda azərbaycanlılar etnik təmizləmə ilə üzləşsələr, Azərbaycan onları ya silahlandırmalı, ya da öz nizami ordusu ilə kömək etməlidir
Əfşar Süleymani: Trampın siyasəti İranın təklənməsinə gətirib çıxarıb. Bu günədək Rusiya və Çin də hərbi imkanlarının hamısını İrana verməyiblər
“Qarabağ”ın baş məşqçisi deyir ki, "Ayntraxt"la qarşılaşmada baxımlı oyun nümayiş etdirməyə çalışacaqlar
ADP sədri deyir ki, hələlik İranda baş verən proseslərin inkişafı xarici güclərin, xüsusilə ABŞ-ın mövqeyindən, həmçinin Türkiyə və Azərbaycanın bu məsələdə milli maraqlarını nə dərəcədə ön plana çəkməsindən asılı olacaq
Rejissor və aktyor deyir ki, yeni fəaliyyətə başlayan teatrda tamaşaçını pasiyent əvəz edəcək