Tarix: 22-09-2016 12:54 | Bölmə: İqtisadiyyat
Azərbaycan Mərkəzi Bankının uçot dərəcəsini 9,5%-dən 15%-ə qaldırmasından və Əmanətlərin Sığortalanması Fondunun qorunan manat əmanətlərinin faiz tavanını 12%-dən 15%-ə qaldırmasından sonra banklar da kreditləri bahalaşdırmağa başlayıblar. Bu gün 15%-ədək faiz dərəcələri ilə banklara yatırılan əmanətlər sığortalanır.
Artıq bir neçə bank manat əmanətləri üzrə faiz dərəcəsini 15%-ə və daha yüksək səviyyə qaldırıblar. Buna müvafiq olaraq nağd pul kreditləri üzrə faiz dərəcəsi də 34-35%-ə çıxıb. Çünki banklar özləri pulu daha baha cəlb edirlər. İndiyədək belə kreditlər 29-30%-lə verilrdi. Hətta bəzi banklarda kreditlərin faizi bir qədər də aşağı idi.
Qeyd edək ki, adətən Mərkəzi Bank faiz dərəcələri artdırdıqda kreditlərə tələb azalır, insanların banklara əmanət qoymaq meyli güclənir. Çünki, əmanətlər üzrə faizlər nağd pulu saxlamağın "alternativ xərci”dir. Nəticədə iqtisadi subyektlər daha az kreditlər alırlar və qazandıqları pulun çox hissəsini xərcləməyərək yığıma yönəldirlər. Beləliklə də, məcmu tələb daralır və inflyasiyanın azalması üçün şərait yaranır. (Marja)
Bölməyə aid digər xəbərlər
















Qüdrət Həsənquliyev deyir ki, əgər İranda azərbaycanlılar etnik təmizləmə ilə üzləşsələr, Azərbaycan onları ya silahlandırmalı, ya da öz nizami ordusu ilə kömək etməlidir
Əfşar Süleymani: Trampın siyasəti İranın təklənməsinə gətirib çıxarıb. Bu günədək Rusiya və Çin də hərbi imkanlarının hamısını İrana verməyiblər
“Qarabağ”ın baş məşqçisi deyir ki, "Ayntraxt"la qarşılaşmada baxımlı oyun nümayiş etdirməyə çalışacaqlar
ADP sədri deyir ki, hələlik İranda baş verən proseslərin inkişafı xarici güclərin, xüsusilə ABŞ-ın mövqeyindən, həmçinin Türkiyə və Azərbaycanın bu məsələdə milli maraqlarını nə dərəcədə ön plana çəkməsindən asılı olacaq
Rejissor və aktyor deyir ki, yeni fəaliyyətə başlayan teatrda tamaşaçını pasiyent əvəz edəcək