Tarix: 21-09-2016 13:02 | Bölmə: İqtisadiyyat
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi (İİTKM) ölkəmizdə aparılan iqtisadi islahatların təsirinin qiymətləndirilməsi sahəsində kadr hazırlığına töhfə vermək üçün 21-22 sentyabr tarixlərində "Qanunvericiliyin təsirinin qiymətləndirilməsi (RİA)” mövzusunda seminar keçrib.
Reyting.az saytı İİTKM-a istinadla xəbər verir ki, seminar OECD-nin Tənzimləmə Siyasəti Komitəsinin vitse-sədr vəzifəsində Fransanın rəsmi nümayəndəsi olmuş və RİA üzrə beynəlxalq səviyyədə tanınmış ekspert Çarlz-Henri Montin tərəfindən aparılıb.
"Japan Tobacco” şirkətlər qrupunun üzvü və dünyanın aparıcı beynəlxalq tütün şirkəti olan JTI (Japan Tobacco International) seminarın keçirilməsinə ekspert dəstəyi verib.
Tənzimləmə siyasəti və idarəçilik məsələləri, Avropa Kommissiyasında və digər ölkələrdə RİA sxemlərinin qiymətləndirilməsi və Azərbaycanda RİA sisteminin qurulmasına dair mövzulara həsr olunmuş bu seminar dövlət və biznes qurumlarının tənzimləmə və idarəçilik siyasəti üzrə yüksək vəzifəli rəsmilər üçün nəzərdə tutulub.
Seminarda nazirliklərin, dövlət komitə, agentlik və xidmətlərinin, habelə universitet və özəl sektorun nümayəndələri iştirak ediblər.
Sonda iştirakçılar İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi və "JapanTobacco” şirkətlər qrupunun təqdim etdiyi sertifikatlarla təltif olunublar.
Bölməyə aid digər xəbərlər
















Qüdrət Həsənquliyev deyir ki, əgər İranda azərbaycanlılar etnik təmizləmə ilə üzləşsələr, Azərbaycan onları ya silahlandırmalı, ya da öz nizami ordusu ilə kömək etməlidir
Əfşar Süleymani: Trampın siyasəti İranın təklənməsinə gətirib çıxarıb. Bu günədək Rusiya və Çin də hərbi imkanlarının hamısını İrana verməyiblər
“Qarabağ”ın baş məşqçisi deyir ki, "Ayntraxt"la qarşılaşmada baxımlı oyun nümayiş etdirməyə çalışacaqlar
ADP sədri deyir ki, hələlik İranda baş verən proseslərin inkişafı xarici güclərin, xüsusilə ABŞ-ın mövqeyindən, həmçinin Türkiyə və Azərbaycanın bu məsələdə milli maraqlarını nə dərəcədə ön plana çəkməsindən asılı olacaq
Rejissor və aktyor deyir ki, yeni fəaliyyətə başlayan teatrda tamaşaçını pasiyent əvəz edəcək