Tarix: 20-09-2016 13:22 | Bölmə: İqtisadiyyat

Əmlak Məsələləri Dövlət Komitəsi geniş ictimaiyyətin və medianın iştirakı ilə açıq hərracları davam etdirir.
Reyting.az-a daxil olan məlumata görə, səhmdar cəmiyyətlərin, kiçik dövlət müəssisə və obyektlərin, eləcə də nəqliyyat vasitələrinin satışı üzrə keçirilən növbəti belə hərrac bu gün baş tutub. Açıq hərracda istənilən yerli və xarici investorlar və potensial alıcılar məhdudiyyətsiz iştirak ediblər.
Hərracda media və ictimaiyyət nümayəndələri hərrac prosesini əyani izləyə biliblər. Eyni zamanda, hərrac zalındakı böyük monitorlarda respublikanın digər şəhər və rayonlarında da keçirilən hərraclar canlı izlənilib.
İlk hərracda olduğu kimi, ikinci hərrac da investorların fəallığı şəraitində keçib. Bu dəfəki hərracda ümumilikdə 24 dövlət əmlakı satılıb. Bu hərracın nəticələrinə görə dövlət əmlakının özəlləşdirilməsindən dövlət büdcəsinə 1,1 milyon manat köçürüləcək. Hərracda 6 səhmdar cəmiyyətinin nəzarət səhm paketinin 30 faizlik hissəsi, 14 kiçik dövlət müəssisə və obyekti, 4 nəqliyyat vasitəsi özəlləşdirilib.
Qeyd edək ki, ölkədə pambıqçılığın inkişafına verilən dəstək investorların pambıq müəssisələrinə marağını artırıb və 2 pambıq zavodunun səhmləri satılıb. Pambıqçılıq sahəsinə aid müəssisələrin özəlləşdirilməsi dövlət başçısının pambıqçılığın inkişafı məsələləri üzrə Sabirabad rayonunda keçirdiyi müşavirədə verdiyi tapşırıqların icrasında və qarşıya qoyulan məqsədlərə nail olmaqda mühüm rol oynayır. Belə müəssisələrin özəlləşdirilməsi və investisiya qoyuluşu onların profil üzrə tam gücü ilə işləməsinə yol açır və ölkədə pambıqçılığın inkişafına dəstək verir. Digər səhmdar cəmiyyətləri isə quşçuluq, toxuculuq, tikinti, nəqliyyat və təmir sahəsinə aid olub. Bu müəssisələr Ağstafa, Ağcabədi, Yevlax, Ucar və digər regionlarda yerləşir.
Özəlləşdirilmiş 14 kiçik dövlət müəssisə və obyektlərinin 10-u Bakıda, 4-ü isə respublikanın digər şəhər və rayonlarında (Sumqayıt, Abşeron, Ağdaş və Şəki) yerləşir. Kiçik dövlət əmlaklarının 11-i ticarət sahəsinə, 1-i ictimai iaşə, 2-si isə xidmət sahəsinə aid olub.
Dövlət müəssisələrinin və səhmdar cəmiyyətlərin səhmlərinin satışı göstərir ki, investorlar özəlləşdirmə sahəsində yaradılan imkanlardan və sərfəli investisiya şərtlərindən faydalanmağa çalışırlar.
Qeyd edək ki, 14 və 20 sentyabrda keçirilmiş hər iki açıq hərrac üzrə bütövlükdə 60 dövlət əmlakı özəlləşdirilib. Ümumilikdə hər iki hərracın nəticələrinə əsasən 2,9 milyon manatın dövlət büdcəsinə köçürülməsi təmin ediləcəkdir.
Xatırladaq ki, növbəti belə hərrac 27 sentyabrda keçiriləcək və 52 dövlət əmlakı satışa çıxarılıb.
Bölməyə aid digər xəbərlər
















Qüdrət Həsənquliyev deyir ki, əgər İranda azərbaycanlılar etnik təmizləmə ilə üzləşsələr, Azərbaycan onları ya silahlandırmalı, ya da öz nizami ordusu ilə kömək etməlidir
Əfşar Süleymani: Trampın siyasəti İranın təklənməsinə gətirib çıxarıb. Bu günədək Rusiya və Çin də hərbi imkanlarının hamısını İrana verməyiblər
“Qarabağ”ın baş məşqçisi deyir ki, "Ayntraxt"la qarşılaşmada baxımlı oyun nümayiş etdirməyə çalışacaqlar
ADP sədri deyir ki, hələlik İranda baş verən proseslərin inkişafı xarici güclərin, xüsusilə ABŞ-ın mövqeyindən, həmçinin Türkiyə və Azərbaycanın bu məsələdə milli maraqlarını nə dərəcədə ön plana çəkməsindən asılı olacaq
Rejissor və aktyor deyir ki, yeni fəaliyyətə başlayan teatrda tamaşaçını pasiyent əvəz edəcək