Tarix: 16-09-2016 14:38 | Bölmə: İqtisadiyyat

"SOCAR istiqrazlar buraxır, satışını "ASAN Xidmət” təşkil edir. "ASAN xidmət” nədən "dükan" səviyyəsinə endirilir?”
Reyting.az xəbər verir ki, bunu öz FB səhifəsində tanınmış iqtisadçı-alim Qubad İbadoğlu SOCAR-ın dollarla 5 il müddətli, 3 aydan bir faiz ödənişli, gerialma zəmanətli, 5 faiz illik gəliri 1000 dollar nominal dəyəri olan istiqrazlar buraxmasına münasibət bildirərkən yazıb:
"Allah xeyir versin, bazar olsun! Daxili bazarda siftələridir, ona görə də gözləyəcəm, başlasınlar, gedişatı izləyin, münasibət bildirəcəm.
Bu gün mənim də, bəzi həmkarlarımla bərabər SOCAR-ın yeni ofisində qatıldığım təqdimat mərasimində diqqəti cəlb edən çoxsaylı məsələlərdən birinin iki tərəfi üzərində dayanmaq istərdim”.
Q.İbadolu qeyd edib ki, diqqətiçəkən
məqam SOCAR-ın istiqrazlarının satışının "ASAN Xidmət”də (1 və 5 saylı xidmət
mərkəzlərində), Azərbaycan Beynəlxalq Bankında, Kapital Bankda, Xalq Bankda,
Rabitə Bankda və bəzi investisiya şirkətlərində təşkil edilməsidir:
"Birincisi, istiqrazların bəzi bank və investisiya şirkətlərində satışı
iqtisadi cəhətdən nə qədər məntiqli olsa da, "ASAN Xidmət”ə də bu səalhiyyətin
verilməsi bir o qədər məntiqsizdir.
Bu məsələdə "ASAN Xidmət”in üzərinə kölgə salmaq istəmirəm, həqiqətən də bu xidmət vacib işlər görür. Lakin, onun əhaliyə xidmət funksiyasının satış mərkəzi, daha doğrusu, dükan səviyyəsinə endirilməsi yolverilməzdir.
Bir tərəfdən də başa düşüləndir ki, "ASAN Xidmət” əhalinin ən çox müraciət etdiyi dövlət qurumudur, orda, xüsusilə də 1 və 5 saylı xidmət mərkəzlərində həmişə qələbəlikdir, amma hesab etmirəm ki, "ASAN Xidmət”ə gələn əhali cibində 1000 dollar da aparıb eyni zamanda SOCAR-ın istiqrazlarını alacaq. Düşünürəm ki, "ASAN Xidmət”in bu prosesə satıcı səviyyəsində cəlb edilməsi böyük yalnışlıqdır, axı istiqraz satmaq bu dövlət qurumun funksiyasına daxil deyil.
İkincisi, hesab edirəm ki, hazırda fəaliyyətdə olan bankların hər birinə SOCAR-ın istiqrazlarının satışı hüququ verilməlidir, onlar arasında ayrı-seçkilik qoyulmamalıdır. Digər tərəfdən, əgər SOCAR bütün banklara etibar etmirsə, onda əhali onlara necə inanmalıdır?
Bu məsələdə SOCAR-ı da qınamıram, çünki ola bilər ki, SOCAR-ın istiqrazını satan bank sonradan onun pulunu şirkətə köçürməsin. Çünki, bəzi banklar bir çox hallarda nəinki əmanətləri, həmçinin şəxsi hesablara köçürülən əmək haqlarını belə vaxtında ödəmirlər”.
Bölməyə aid digər xəbərlər
















Qüdrət Həsənquliyev deyir ki, əgər İranda azərbaycanlılar etnik təmizləmə ilə üzləşsələr, Azərbaycan onları ya silahlandırmalı, ya da öz nizami ordusu ilə kömək etməlidir
Əfşar Süleymani: Trampın siyasəti İranın təklənməsinə gətirib çıxarıb. Bu günədək Rusiya və Çin də hərbi imkanlarının hamısını İrana verməyiblər
“Qarabağ”ın baş məşqçisi deyir ki, "Ayntraxt"la qarşılaşmada baxımlı oyun nümayiş etdirməyə çalışacaqlar
ADP sədri deyir ki, hələlik İranda baş verən proseslərin inkişafı xarici güclərin, xüsusilə ABŞ-ın mövqeyindən, həmçinin Türkiyə və Azərbaycanın bu məsələdə milli maraqlarını nə dərəcədə ön plana çəkməsindən asılı olacaq
Rejissor və aktyor deyir ki, yeni fəaliyyətə başlayan teatrda tamaşaçını pasiyent əvəz edəcək