Tarix: 15-09-2016 12:19 | Bölmə: İqtisadiyyat

"Azərbaycanın valyuta böhranı şəraitinə daxil olması, onun iqtisadi vəziyyətini çətinləşdirsə də, hazırda vəziyyət kritik deyil".
Bunu "Fitch" beynəlxalq reytinq agentliyinin baş direktoru Pol Gembl (Paul Gamble) "Reuters" agentliyinə müsahibəsində bildirib.
P.Gembl qeyd edib ki, Azərbaycan hökumətin sərəncamında olan irihəcmli xarici aktivlər kredit reytinqinin müəyyənləşdirilməsində rol oynayan vacib amildir.
"Fitch" rəhbəri əlavə edib ki, Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) valyuta ehtiyatları 2016-cı ilin ilk yarısında 4,5% artaraq 35,1 mlrd. ABŞ dollarına çatıb. İnflyasiya ilə mübarizədə Azərbaycan Mərkəzi Bankı (AMB) keçən həftə uçot dərəcələrini 1,5 dəfə (9,5%-dən 15%-ə) artırıb. Bundan sonra kommersiya bankları valyuta qıtlığı səbəbindən valyuta satışına qoyduqları məhdudiyyəti ləğv edib.(Report)
Bölməyə aid digər xəbərlər
















Qüdrət Həsənquliyev deyir ki, əgər İranda azərbaycanlılar etnik təmizləmə ilə üzləşsələr, Azərbaycan onları ya silahlandırmalı, ya da öz nizami ordusu ilə kömək etməlidir
Əfşar Süleymani: Trampın siyasəti İranın təklənməsinə gətirib çıxarıb. Bu günədək Rusiya və Çin də hərbi imkanlarının hamısını İrana verməyiblər
“Qarabağ”ın baş məşqçisi deyir ki, "Ayntraxt"la qarşılaşmada baxımlı oyun nümayiş etdirməyə çalışacaqlar
ADP sədri deyir ki, hələlik İranda baş verən proseslərin inkişafı xarici güclərin, xüsusilə ABŞ-ın mövqeyindən, həmçinin Türkiyə və Azərbaycanın bu məsələdə milli maraqlarını nə dərəcədə ön plana çəkməsindən asılı olacaq
Rejissor və aktyor deyir ki, yeni fəaliyyətə başlayan teatrda tamaşaçını pasiyent əvəz edəcək