Tarix: 24-08-2016 15:26 | Bölmə: İqtisadiyyat

"Ölkəmizdə 10 ilə yaxındır ki, "Azad iqtisadi zonalar haqqında” Qanun qəbul edilib. Amma buna baxmayaraq, hazırda dövlət başçısının sərəncamı ilə ölkəmizdə Bakı şəhəri, Qaradağ rayonunun Ələt qəsəbəsində yeni Bakı Beynəlxalq Dəniz Ticarət Limanının ərazisi daxil olmaqla, azad ticarət zonası tipli ilk xüsusi iqtisadi zonanın yaradılması üzərində işlər gedir. Hesab edirəm ki, bu zona 1 ilə fəaliyyətə başlayacaq”.
Bu fikirləri SİA-ya açıqlamasında millət vəkili Vahid Əhmədov deyib.
Onun sözlərinə görə, ölkəmizdə bu prosesə nədənsə ləng yanaşılır: "Ümumiyyətlə, bu zonalar sahibkarlığın inkişafına təkan vermək üçün əsas obyektlərdən biridir. Lakin görünür buna mane olan səbəblər var”.
Xüsusi iqtisadi zonaların əhəmiyyətindən danışan millət vəkili söyləyib ki, sözügedən zonaların yaradılması ölkə iqtisadiyyatında mühüm faktor sayıla bilər: "Xüsusi iqtisadi zonalar qanunauyğun olaraq yaradılır, orada bütün kommunikasiya xətləri çəkildikdən sonra sahibkarların istifadəsinə verilir. Bundan başqa, həmin zonalarda vergi, gömrük və digər güzəştlər nəzərdə tutulub ki, bu da onları daha da cəlbedici edir. Belə olan halda, sahibkarlar qısa müddətdə gəlir əldə edərək dövlət büdcəsinə vergi ödəyirlər”.
Bütövlükdə Çin, İran iqtisadiyyatının təxminən 40 faizini xüsusi iqtisadi zonalar təşkil etdiyini deyən
V.Əhmədov ölkəmizdə də bu cür zonaların yaradılması üçün böyük imkanlar olduğunu dilə gətirib: "Azərbaycanda dəmir yolu, dəniz və digər potensial olduğu üçün Quba-Xaçmaz, Lənkəran-Astara, eləcə də Qaradağda xüsusi iqtisadi zonaların yaradılmasının çox böyük əhəmiyyəti olardı”.
Reyting.az
Bölməyə aid digər xəbərlər
















Qüdrət Həsənquliyev deyir ki, əgər İranda azərbaycanlılar etnik təmizləmə ilə üzləşsələr, Azərbaycan onları ya silahlandırmalı, ya da öz nizami ordusu ilə kömək etməlidir
Əfşar Süleymani: Trampın siyasəti İranın təklənməsinə gətirib çıxarıb. Bu günədək Rusiya və Çin də hərbi imkanlarının hamısını İrana verməyiblər
“Qarabağ”ın baş məşqçisi deyir ki, "Ayntraxt"la qarşılaşmada baxımlı oyun nümayiş etdirməyə çalışacaqlar
ADP sədri deyir ki, hələlik İranda baş verən proseslərin inkişafı xarici güclərin, xüsusilə ABŞ-ın mövqeyindən, həmçinin Türkiyə və Azərbaycanın bu məsələdə milli maraqlarını nə dərəcədə ön plana çəkməsindən asılı olacaq
Rejissor və aktyor deyir ki, yeni fəaliyyətə başlayan teatrda tamaşaçını pasiyent əvəz edəcək