Tarix: 17-08-2016 12:47 | Bölmə: İqtisadiyyat
Əmlak Məsələləri Dövlət Komitəsi "Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) balansında olan 3 vertolyotu satışa çıxarıb.
Bununla bağlı sentyabrın 14-də hərrac keçiriləcək.
Rəsmi məlumata görə, "Azərbaycan Hava Yolları” QSC-nin balansında olan hava
nəqliyyat vasitələri 2-ci dəfə təkrar hərraca çıxarılır.
Hərraclar Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında
Hərracların Təşkili üzrə Auksion Mərkəzində keçiriləcək (Zeynal Xəlil küçəsi
11).
Hərracda iştirak etmək üçün hərrac komissiyasına aşağıdakı sənədlər hərracın
başlanılmasına ən gec 3 (üç) bank günü qalanadək təqdim olunmalıdır:
1. Sifarişçinin şəxsiyyətini təsdiq edən sənəd;
2. Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən müəyyən edilmiş hesaba behin
köçürülməsini təsdiq edən sənəd.
10% məbləğində beh Mərkəzi Bankda – AZ65NABZ01361150000000004944 nömrəli hesaba köçürülməlidir.
Hərraca çıxarılan vertolyotların siyahısı
|
S/N |
Balanssaxlayıcı müəssisənin adı |
Hava gəmisinin tipi |
Zavod nömrəsi |
Dövlət qeydiyyat nişanı |
Buraxılış ili |
Start qiyməti (manatla) |
10% beh (manatla) |
|
1. |
"Azərbaycan Hava Yolları” QSC |
Mİ-8 MTV1 |
96109 |
20152 |
1993 |
134271 |
13427 |
|
2. |
"Azərbaycan Hava Yolları” QSC |
Mİ-8 MTV1 |
96122 |
20153 |
1993 |
134323 |
13432 |
|
3. |
"Azərbaycan Hava Yolları” QSC |
Mİ-8 MTV1 |
95627 |
20154 |
1991 |
130023 |
13002 |
Reyting.az
Bölməyə aid digər xəbərlər
















Qüdrət Həsənquliyev deyir ki, əgər İranda azərbaycanlılar etnik təmizləmə ilə üzləşsələr, Azərbaycan onları ya silahlandırmalı, ya da öz nizami ordusu ilə kömək etməlidir
Əfşar Süleymani: Trampın siyasəti İranın təklənməsinə gətirib çıxarıb. Bu günədək Rusiya və Çin də hərbi imkanlarının hamısını İrana verməyiblər
“Qarabağ”ın baş məşqçisi deyir ki, "Ayntraxt"la qarşılaşmada baxımlı oyun nümayiş etdirməyə çalışacaqlar
ADP sədri deyir ki, hələlik İranda baş verən proseslərin inkişafı xarici güclərin, xüsusilə ABŞ-ın mövqeyindən, həmçinin Türkiyə və Azərbaycanın bu məsələdə milli maraqlarını nə dərəcədə ön plana çəkməsindən asılı olacaq
Rejissor və aktyor deyir ki, yeni fəaliyyətə başlayan teatrda tamaşaçını pasiyent əvəz edəcək