Tarix: 26-07-2016 14:09 | Bölmə: İqtisadiyyat
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində Aqrar sahə üzrə alt İşçi Qrupun növbəti toplantısı keçirilib.
Reyting.az xəbər verir ki, bu gün keçirilən toplantıda"Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritəsinin başlıca istiqamətləri"sənədinin aqrar sahəsi çərçivəsində müzakirələr aparılıb. Müzakirələrdə strateji baxışın əsas komponentləri kimi rəqabətqabiliyyətlilik, ərzaq təhlükəsizliyi, sosial məsələlər və davamlıinkişaf aspektləri nəzərdən keçirilib. Eyni zamanda aqrar sahədə əsas strateji prioritetlər barədə fikir mübadiləsi aparılıb. Aqrar sahənin ÜDM-ə və məşğulluğa töhfəsinin artırılması, qeyri-neft ixracında rolunun gücləndirilməsi və regional inkişafa təsirinin artırılması istiqamətində təkliflər verilib.
Müzakirələrdə Prezident Administrasiyasının,İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin, ayrı-ayrı nazirliklərin, özəl biznes sektorunun və akademik dairələrin nümayəndələri iştirak ediblər. Tədbirdə səsləndirilmiş təkliflər sistemləşdirilərək strateji yol xəritəsi üzrə fəaliyyət göstərən İşçi Qrupa təqdim ediləcəkdir.
Reyting.az















Bölməyə aid digər xəbərlər
















Qüdrət Həsənquliyev deyir ki, əgər İranda azərbaycanlılar etnik təmizləmə ilə üzləşsələr, Azərbaycan onları ya silahlandırmalı, ya da öz nizami ordusu ilə kömək etməlidir
Əfşar Süleymani: Trampın siyasəti İranın təklənməsinə gətirib çıxarıb. Bu günədək Rusiya və Çin də hərbi imkanlarının hamısını İrana verməyiblər
“Qarabağ”ın baş məşqçisi deyir ki, "Ayntraxt"la qarşılaşmada baxımlı oyun nümayiş etdirməyə çalışacaqlar
ADP sədri deyir ki, hələlik İranda baş verən proseslərin inkişafı xarici güclərin, xüsusilə ABŞ-ın mövqeyindən, həmçinin Türkiyə və Azərbaycanın bu məsələdə milli maraqlarını nə dərəcədə ön plana çəkməsindən asılı olacaq
Rejissor və aktyor deyir ki, yeni fəaliyyətə başlayan teatrda tamaşaçını pasiyent əvəz edəcək