Tarix: 08-07-2016 16:50 | Bölmə: İqtisadiyyat
Azərbaycan Mərkəzi Bankı banklardan manat vəsaitinin cəlb edilməsi üzrə depozit hərracı keçirəcək. Fins.az-ın AMB-yə istinadən məlumatına görə, növbəti depozit hərracı iyulun 11-də saat 11-30-11-45-də Blumberq ticarət sistemində keçiriləcək.
AMB-nin şərtlərinə görə, hərracla bağlı məlumatın platformada göndərilmə vaxtı: 10:30-dur. Hərrac çərçivəsində 50 milyon manat depozitin cəlb edilməsi nəzərdə tutulur. Vəsaitlər 30 gün müddətinə, aylıq 4,01-6,99 faiz dərəcə ilə qəbul ediləcək. Qeyd edək ki, bu, AMB-nin təşkil etdiyi 3-cü depozit hərracı olacaq. Bundan əvvəl iyulun 4-də keçirilən depozit hərracında AMB aylıq 5,96 faiz dərəcəsi ilə 50 mln. manat cəlb edib. İlk depozit hərracı isə iyunun 13-də baş tutub. Həmin hərracda AMB planlaşdırdığı 150 milyon manat əvəzinə 129 milyon manat depozit cəlb edə bilib. Həmin vəsaitlər aylıq 6,49 faiz dərəcəsi ilə yerləşdirilib.
Reyting.az
Bölməyə aid digər xəbərlər
















Qüdrət Həsənquliyev deyir ki, əgər İranda azərbaycanlılar etnik təmizləmə ilə üzləşsələr, Azərbaycan onları ya silahlandırmalı, ya da öz nizami ordusu ilə kömək etməlidir
Əfşar Süleymani: Trampın siyasəti İranın təklənməsinə gətirib çıxarıb. Bu günədək Rusiya və Çin də hərbi imkanlarının hamısını İrana verməyiblər
“Qarabağ”ın baş məşqçisi deyir ki, "Ayntraxt"la qarşılaşmada baxımlı oyun nümayiş etdirməyə çalışacaqlar
ADP sədri deyir ki, hələlik İranda baş verən proseslərin inkişafı xarici güclərin, xüsusilə ABŞ-ın mövqeyindən, həmçinin Türkiyə və Azərbaycanın bu məsələdə milli maraqlarını nə dərəcədə ön plana çəkməsindən asılı olacaq
Rejissor və aktyor deyir ki, yeni fəaliyyətə başlayan teatrda tamaşaçını pasiyent əvəz edəcək