Tarix: 04-07-2016 13:37 | Bölmə: İqtisadiyyat

Son illər ”Bank Standard” kommersiya bankının idarə edilməsində və investisiya-kredit siyasətində yol verilmiş nöqsanlar, o cümlədən səmərəsi aşağı olan investisiya layihələrinin maliyyələşdirilməsi onun maliyyə vəziyyətinin pisləşməsinə, problemli aktivlərinin artmasına səbəb olmuş, bankın likvidlik və kapital mövqeyi zəifləmiş, kreditorlar qarşısında öhdəliklərin icrasında çətinliklər yaranmışdır.
Bankda yaranmış problemlərin tənzimlənməsi məqsədilə Maliyyə Bazarlarına Nəzarət Palatası (MBNP) tərəfindən mayın 3-dən etibarən banka 3 ay müddətinə müvəqqəti inzibatçı təyin edılmışdır. Kritik likvidlik çatışmazlığı ilə əlaqədar sosial xarakterli ödənişlər istisna olmaqla bankın digər öhdəliklərinin ödənişinə məhkəmə qərarı ilə 4 iyul 2016-cı il tarixinədək moratorium tətbiq olunmuş, sosial ödənişlərin icrası üçünsə MBNP-nın müraciəti əsasında Mərkəzi Bank tərəfindən ona likvidlik dəstəyi göstərilmişdir. Ötən dövr ərzində bankın aktivlərinin səfərbər olunması istiqamətində görülmüş tədbirlər nəticəsində iyun ayından xırda əmanətlərin ödənilməsinə başlanmış, "Bank Standard”ın maliyyə dayanıqlığının tam bərpası məqsədilə xüsusi sağlamlaşdırma proqramı hazırlanmışdır.
Bankın maliyyə sektorundakı mövqeyini, aktivlərinin xüsusı çəkisini, öhdəliklərin sosial xarakterini və sistem əhəmiyyətini nəzərə alaraq, fiskal və monetar orqanlarla razılaşdırılmış şəkildə onun maliyyə sağlamlaşdırılması (sanasiya edilməsi) barədə qərar qəbul edilmişdir. Qərara əsasən "Bank Standard” səhmlərinin nəzarət zərfi dövlətə məxsus olan "Azər-Türk Bank” ASC vasıtəsilə sağlamlaşdırılacaqdır. Sağlamlaşdırma proqramına görə, "Azər-Türk Bank” ASC tərəfindən 3 avqust 2016-cı il tarixinədək "Bank Standard” KB-nın idarəetmə orqanları yenidən formalaşdırılacaq və həmin tarixdən bank fəaliyyətini biznes strategiyasına uyğun qaydada tam həcmdə bərpa edəcəkdir.
Bu arada bankın müştəriləri qarşısında maliyyə öhdəliklərini yerinə yetirməsi üçün zəruri vəsait ayrılmışdır. Banka vəsaitlər sanator-bank olan "Azər-Türk Bank” ASC tərəfindən Mərkəzi Bankın maliyyə dəstəyi hesabına 1 illik kredit xətti formasında ayrılıb. 4 iyul 2016-cı il tarixdən etibarən "Bank Standard” KB-da əmanətlərin ödənişi üzrə mövcud moratoriumun vaxtının bitməsi ilə əlaqədar, müvafiq məhdudiyyətlər aradan qaldırılmışdır və hüquqi və fiziki şəxslər artıq öz vəsaitlərindən istifadə edə bilərlər.
Bölməyə aid digər xəbərlər
















Qüdrət Həsənquliyev deyir ki, əgər İranda azərbaycanlılar etnik təmizləmə ilə üzləşsələr, Azərbaycan onları ya silahlandırmalı, ya da öz nizami ordusu ilə kömək etməlidir
Əfşar Süleymani: Trampın siyasəti İranın təklənməsinə gətirib çıxarıb. Bu günədək Rusiya və Çin də hərbi imkanlarının hamısını İrana verməyiblər
“Qarabağ”ın baş məşqçisi deyir ki, "Ayntraxt"la qarşılaşmada baxımlı oyun nümayiş etdirməyə çalışacaqlar
ADP sədri deyir ki, hələlik İranda baş verən proseslərin inkişafı xarici güclərin, xüsusilə ABŞ-ın mövqeyindən, həmçinin Türkiyə və Azərbaycanın bu məsələdə milli maraqlarını nə dərəcədə ön plana çəkməsindən asılı olacaq
Rejissor və aktyor deyir ki, yeni fəaliyyətə başlayan teatrda tamaşaçını pasiyent əvəz edəcək