Tarix: 28-06-2016 14:09 | Bölmə: İqtisadiyyat

Maliyyə Bazarlarına Nəzarəti Palatası dollar satışını süni surətdə dayandıran və ölkədə dollar qıtlığı yaradan banklara xəbərdarlıq edib.
Reyting.az xəbər verir ki, Fins.az-ın bank
mənbələrindən əldə etdiyi məlumata görə, iyunun 25-də Maliyyə Bazarlarına
Nəzarət Palatası bankların dollar satışını dayandırması ilə bağlı monitorinq
keçirib.
Nəticədə valyuta satışına süni şəkildə maneə yaradan banklar cəzalandırılıb. Bundan sonra bütün banklarda dollar satışı bərpa
edilib. Bu gün banklarda dollar satışı bərpa olunub.
Bank mütəxəssisləri hesab edirlər ki, dollar satışının dayandırılması Mərkəzi
Bankın qərarının açıqlanmaması ilə bağlıdır.
"Britaniyada funtun dəyərdən düşməsi dolların möhkəmlənməsinə səbəb olub.
Lakin bununla bağlı Mərkəzi Bank hələ də konkret açıqlama verməyib. Ona görə də
banklar ehtiyatlı davranmağa məcbur olurlar”.
Bundan əlavə, banklarda devalvasiyanın sürətlənməsi ilə bağlı gözləntilər də
var. Belə ki, ötən həftə Britaniya funt sterlinqi 10% ucuzlaşıb.
Qarşıdakı günlərdə isə daha 5% ucuzlaşması gözlənilir. Bütün bu amillər
banklarda dolların rəsmi məzənnədən artıq satımasına səbəb olub. Bu gün 1
dollar 1,59 manata dəyişdirilir.
Mütəxəssislər həftə ərzində Mərkəzi Bankın məzənnəni bir qədər də artıracağını
pronozlaşdırırlar.
Bölməyə aid digər xəbərlər
















Qüdrət Həsənquliyev deyir ki, əgər İranda azərbaycanlılar etnik təmizləmə ilə üzləşsələr, Azərbaycan onları ya silahlandırmalı, ya da öz nizami ordusu ilə kömək etməlidir
Əfşar Süleymani: Trampın siyasəti İranın təklənməsinə gətirib çıxarıb. Bu günədək Rusiya və Çin də hərbi imkanlarının hamısını İrana verməyiblər
“Qarabağ”ın baş məşqçisi deyir ki, "Ayntraxt"la qarşılaşmada baxımlı oyun nümayiş etdirməyə çalışacaqlar
ADP sədri deyir ki, hələlik İranda baş verən proseslərin inkişafı xarici güclərin, xüsusilə ABŞ-ın mövqeyindən, həmçinin Türkiyə və Azərbaycanın bu məsələdə milli maraqlarını nə dərəcədə ön plana çəkməsindən asılı olacaq
Rejissor və aktyor deyir ki, yeni fəaliyyətə başlayan teatrda tamaşaçını pasiyent əvəz edəcək