Tarix: 29-01-2026 11:25 | Bölmə: İqtisadiyyat

Energetika Nazirliyində Azərbaycan Milli Hidrogen Strategiyasının tətbiqinə dair İşçi Qrupun və “DNV Energy Systems Germany GmbH” şirkətinin nümayəndələrinin iştirakı ilə iclas keçirilib.
Bunu Reyting.az-a Energetika Nazirliyindən bildiriblər.
Məlumata görə, Energetika nazirinin müavini Elnur Soltanov Azərbaycanda hidrogen istehsalı üçün əhəmiyyətli potensialın olduğunu deyib.
Nazir müavini bildirib ki, “Azərbaycan Milli Hidrogen Strategiyasının və onun Tətbiqi Planının Hazırlanması” layihəsinin birinci mərhələsi çərçivəsində “Hidrogen üzrə Milli Strateji Baxış” sənədi Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) texniki dəstəyi ilə hazırlanaraq COP29 konfransı zamanı təqdim edilib. Layihənin ikinci mərhələsinin icrasına başlanılması məqsədilə AYİB-in dəstəyi ilə keçirilmiş tenderin nəticələrinə əsasən “DNV Energy Systems Germany GmbH” şirkətinin qalib elan edildiyi, layihənin tətbiqi planının isə cari ilin birinci yarısında hazır olması nəzərdə tutulub.
İclas zamanı “DNV Energy Systems Germany GmbH” şirkətinin nümayəndəsi İlka Levinqton Azərbaycanın Milli Hidrogen Strategiyasının tətbiqi ilə bağlı təqdimatla çıxış edib.
Azərbaycanda hidrogen istehsalı ilə bağlı hüquqi və digər aspektlərdə müzakirələr aparılıb. Növbəti mərhələ üzrə prioritet istiqamətlər müəyyən edilib, İşçi Qrupu qarşısında konkret hədəflər və icrası nəzərdə tutulan tapşırıqlar üzrə razılıq əldə olunub.

Bölməyə aid digər xəbərlər
















Qüdrət Həsənquliyev deyir ki, əgər İranda azərbaycanlılar etnik təmizləmə ilə üzləşsələr, Azərbaycan onları ya silahlandırmalı, ya da öz nizami ordusu ilə kömək etməlidir
Əfşar Süleymani: Trampın siyasəti İranın təklənməsinə gətirib çıxarıb. Bu günədək Rusiya və Çin də hərbi imkanlarının hamısını İrana verməyiblər
“Qarabağ”ın baş məşqçisi deyir ki, "Ayntraxt"la qarşılaşmada baxımlı oyun nümayiş etdirməyə çalışacaqlar
ADP sədri deyir ki, hələlik İranda baş verən proseslərin inkişafı xarici güclərin, xüsusilə ABŞ-ın mövqeyindən, həmçinin Türkiyə və Azərbaycanın bu məsələdə milli maraqlarını nə dərəcədə ön plana çəkməsindən asılı olacaq
Rejissor və aktyor deyir ki, yeni fəaliyyətə başlayan teatrda tamaşaçını pasiyent əvəz edəcək