Tarix: 29-01-2026 07:02 | Bölmə: İqtisadiyyat

Son günlər ABŞ dollarının kütləvi satışı daha da artır.
Reyting.az xəbər verir ki, bunu maliyyə mərkəzlərinə və yerli iqtisadçılara istinadla ABŞ mətbuatı yazıb.
Dollar satışının artmasına əsas səbəb onun ay ərzində 2,5 faiz ucuzlaşmasıdır.
Ekspertlər bildirirlər ki, dollardan fərqli olaraq, avro üzrə üç aylıq risk reversalı son aylar ərzində maksimuma yüksəlib və avro/dollar məzənnəsi 2021-ci ildən bəri ilk dəfə 1,20 səviyyəsini keçib. Funt sterlinq də dollar qarşısında möhkəmlənməklə, son ayların ən yüksək səviyyəsinə çatıb.
Analitiklərin fikrincə, dollara çox ciddi təhlükələr yaranacaq, çünki yerli və xarici investorlar Vaşinqtonun siyasətinin qeyri-müəyyənliyi fonunda ABŞ aktivlərindən uzaqlaşırlar.
Son məlumata görə, artıq Yapon yeni də dollar qarşısında güclənməyə başlayıb.
Oqtay QORÇU
Bölməyə aid digər xəbərlər
















Qüdrət Həsənquliyev deyir ki, əgər İranda azərbaycanlılar etnik təmizləmə ilə üzləşsələr, Azərbaycan onları ya silahlandırmalı, ya da öz nizami ordusu ilə kömək etməlidir
Əfşar Süleymani: Trampın siyasəti İranın təklənməsinə gətirib çıxarıb. Bu günədək Rusiya və Çin də hərbi imkanlarının hamısını İrana verməyiblər
“Qarabağ”ın baş məşqçisi deyir ki, "Ayntraxt"la qarşılaşmada baxımlı oyun nümayiş etdirməyə çalışacaqlar
ADP sədri deyir ki, hələlik İranda baş verən proseslərin inkişafı xarici güclərin, xüsusilə ABŞ-ın mövqeyindən, həmçinin Türkiyə və Azərbaycanın bu məsələdə milli maraqlarını nə dərəcədə ön plana çəkməsindən asılı olacaq
Rejissor və aktyor deyir ki, yeni fəaliyyətə başlayan teatrda tamaşaçını pasiyent əvəz edəcək