Tarix: 27-01-2026 16:11 | Bölmə: İqtisadiyyat

Donald Tramp prezident seçildikdən sonra ABŞ-nın ticarət siyasətindəki dəyişikliklər fonunda 2025-ci ildə alman şirkətlərinin Çinə investisiyaları dörd illik maksimuma çatıb.
Reyting.az xəbər verir ki, bu, “Reuters” agentliyi tərəfindən əldə edilən Alman İqtisadiyyat İnstitutunun məlumatlarında əksini tapıb.
İqtisadiyyat İnstitutunun məlumatları göstərir ki, ötən ilin yanvar-noyabr ayları arasında Almaniyanın Çinə investisiyası 2024 və 2023-cü illərdəki 4,5 milyard avrodan 55,5 faiz artaraq 7 milyard avrodan yüksək olub.
2025-ci il üçün ümumi investisiya 2010-2024-cü illər üçün orta hesabla 6 milyard avronu üstələyir.
Bu rəqəmlər göstərir ki, Tramp administrasiyasının hakimiyyətdə olduğu ilk ildə aqressiv ticarət siyasəti, o cümlədən Avropa İttifaqı idxalına genişmiqyaslı tariflər səbəbindən Avropanın aparıcı iqtisadiyyatından olan şirkətləri alternativ olaraq Çinə diqqət yönəltməyə məcbur edib.
"Alman şirkətləri Çindəki əməliyyatlarını genişləndirməyə davam edirlər və bu, sürətlənir", - deyə İqtisadiyyat İnstitutunun beynəlxalq iqtisadi siyasət rəhbəri Yurgen Mattes yerli təchizat zəncirlərinin gücləndirilməsinə yönəlmiş bir tendensiyaya istinad edərək bildirib.
Onun sözlərinə görə, bu dəyişiklik həm də "geosiyasi münaqişələr" qorxusundan irəli gəlir ki, bu da şirkətləri hər hansı ciddi ticarət pozuntuları halında daha müstəqil fəaliyyət göstərə bilmək üçün Çindəki bizneslərini artırmağa sövq edib.
V. QULİYEV
Bölməyə aid digər xəbərlər
















Qüdrət Həsənquliyev deyir ki, əgər İranda azərbaycanlılar etnik təmizləmə ilə üzləşsələr, Azərbaycan onları ya silahlandırmalı, ya da öz nizami ordusu ilə kömək etməlidir
Əfşar Süleymani: Trampın siyasəti İranın təklənməsinə gətirib çıxarıb. Bu günədək Rusiya və Çin də hərbi imkanlarının hamısını İrana verməyiblər
“Qarabağ”ın baş məşqçisi deyir ki, "Ayntraxt"la qarşılaşmada baxımlı oyun nümayiş etdirməyə çalışacaqlar
ADP sədri deyir ki, hələlik İranda baş verən proseslərin inkişafı xarici güclərin, xüsusilə ABŞ-ın mövqeyindən, həmçinin Türkiyə və Azərbaycanın bu məsələdə milli maraqlarını nə dərəcədə ön plana çəkməsindən asılı olacaq
Rejissor və aktyor deyir ki, yeni fəaliyyətə başlayan teatrda tamaşaçını pasiyent əvəz edəcək