Tarix: 26-01-2026 11:26 | Bölmə: İqtisadiyyat

Qida təhlükəsizliyinin təmin edilməsinə dair növbəti dövr üçün yeni Dövlət Proqramı hazırlanır.
Reyting.az xəbər verir ki, bunu Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədr müavini Əziz Şərifov agentliyin 2025-ci ilin yekunlarına həsr olunmuş mətbuat konfransında deyib.
Onun sözlərinə görə, Azərbaycanda qida təhlükəsizliyinin təmin edilməsinə dair 2019–2025-ci illər üçün icra olunan Dövlət Proqramının monitorinqi aparılıb, icra göstəricisi 92 % səviyyəsində qiymətləndirilib:
"Artıq növbəti dövr üçün yeni Dövlət Proqramı hazırlanır. "Bitki sağlamlığı haqqında" qanun layihəsi hazırlanıb və razılaşdırma mərhələsindədir, "Heyvan sağlamlığı haqqında" qanun layihəsi isə hazırlanaraq hüquqi ekspertizadan keçirilib. Eyni zamanda qida təhlükəsizliyi sahəsində mövcud normativ bazaya dəyişikliklər edilib, 10-a yaxın yeni sanitariya norma və qaydalar hazırlanıb"(Report).
Bölməyə aid digər xəbərlər
















Qüdrət Həsənquliyev deyir ki, əgər İranda azərbaycanlılar etnik təmizləmə ilə üzləşsələr, Azərbaycan onları ya silahlandırmalı, ya da öz nizami ordusu ilə kömək etməlidir
Əfşar Süleymani: Trampın siyasəti İranın təklənməsinə gətirib çıxarıb. Bu günədək Rusiya və Çin də hərbi imkanlarının hamısını İrana verməyiblər
“Qarabağ”ın baş məşqçisi deyir ki, "Ayntraxt"la qarşılaşmada baxımlı oyun nümayiş etdirməyə çalışacaqlar
ADP sədri deyir ki, hələlik İranda baş verən proseslərin inkişafı xarici güclərin, xüsusilə ABŞ-ın mövqeyindən, həmçinin Türkiyə və Azərbaycanın bu məsələdə milli maraqlarını nə dərəcədə ön plana çəkməsindən asılı olacaq
Rejissor və aktyor deyir ki, yeni fəaliyyətə başlayan teatrda tamaşaçını pasiyent əvəz edəcək