Tarix: 26-01-2026 09:57 | Bölmə: İqtisadiyyat

ABŞ dollarının kursunun zəiflədiyi bir vaxtda Çexiyada yeni qərar qəbul edilib. Çexiya bazarlarında sürətlə bahalaşan qızıl və gümüş yatırımına tələbatın artdığı bir dövrdə, ölkə əsas diqqətini qiymətli metalların alqı-satqısının tənzimlənməsinə yönəldib.
Reyting.az xəbər verir ki, Çexiyada qızılla yanaşı, gümüş və platin də sürətlə bahalaşır.
Buna baxmayaraq, 2026-cı ilin yanvarından Çexiyada qızıl və gümüşə tələbat kəskin artıb. Bazar iştirakçılarının məlumatına görə, ölkə ərazisində satışlar 2025-ci ilin yanvar ayı ilə müqayisədə 150-400 faiz yüksəlib. Bütün bunlar isə qızılın qiymətinin ilk dəfə 4 800 dollar unsiya həddini aşdığı bir dövrdə baş verir.
Ən çox 1 unsiyalıq qızıl və 1 kiloqramlıq gümüş külçələr alınır. Hazırda Çexiyanın qızıl, eləcə də gümüş bazarında populyarlıq qazanan əsas sikkələr sertifikatlı investisiya sikkələridir. Çexiyalı ekspertlərin fikrincə, bu artımın əsas səbəblərindən biri ABŞ-NATO münasibətlərində yaranmış gərginlik, həmçinin baş verən proseslər fonunda dolların zəifləməsi və investorların "təhlükəsiz liman" axtarışıdır.
Analitiklər bildiriblər ki, çexiyalı alıcıları daha çox cəlb edən, alışı və satışı yüksələn fiziki qızıl hazırda qısamüddətli bir spekulyasiya deyil, etibarlı, eləcə də uzunmüddətli sərvət qoruma vasitəsidir. Bu səbəbdən də, qızıl aktivlərinin portfellərdə payı 20-50 faizə çatır. Çexiya vətəndaşlarının əksəriyyəti son bir neçə ilin ərzində dolların gələcək taleyinə şübhə ilə yanaşdıqlarına görə, minimum riskləri gözə almaqla, qızıl və gümüşə, digər qiymətli metallara üstünlük verirlər.
Ekspertlər həmçinin vurğulayıblar ki, onlar belə bir templə Çexiya bazarında yüksəlişin rekord həddə davam edəcəyini gözləyirlər.
Oqtay QORÇU
Bölməyə aid digər xəbərlər
















Qüdrət Həsənquliyev deyir ki, əgər İranda azərbaycanlılar etnik təmizləmə ilə üzləşsələr, Azərbaycan onları ya silahlandırmalı, ya da öz nizami ordusu ilə kömək etməlidir
Əfşar Süleymani: Trampın siyasəti İranın təklənməsinə gətirib çıxarıb. Bu günədək Rusiya və Çin də hərbi imkanlarının hamısını İrana verməyiblər
“Qarabağ”ın baş məşqçisi deyir ki, "Ayntraxt"la qarşılaşmada baxımlı oyun nümayiş etdirməyə çalışacaqlar
ADP sədri deyir ki, hələlik İranda baş verən proseslərin inkişafı xarici güclərin, xüsusilə ABŞ-ın mövqeyindən, həmçinin Türkiyə və Azərbaycanın bu məsələdə milli maraqlarını nə dərəcədə ön plana çəkməsindən asılı olacaq
Rejissor və aktyor deyir ki, yeni fəaliyyətə başlayan teatrda tamaşaçını pasiyent əvəz edəcək