Tarix: 23-01-2026 10:57 | Bölmə: İqtisadiyyat

“Dilin televiziyada pis günə salınması əsas məsələlərdəndir. Aparıcıların dilə biganə, laqeyd münasibəti insanı hiddətləndirir”.
Reyting.az xəbər verir ki, bunu deputat Səyyad Aran Milli Məclisin İnsan hüquqları komitəsinin bu gün keçirilən iclasında bildirib.
“Bundan başqa, bizim bütün qurumlarımız belə adlanır: “Azərxalça”, “Azərsu” və s. Bəs “Azəriqaz” niyə? Bizim tayfanın adı “azəri” deyil. Tarix və həyat paradokslar yaradır. Bunu siz hansı ağılla “Azəriqaz” adlandırmısınız? Türklər bizə deyirlər ki, “azəri kardeşlerimiz”. Mən konsulluqda işləyəndə dəfələrlə deyirdim ki, bizə belə deməyin. “Azəri” sözünün bizə aidiyyəti yoxdur. O, İranda yaşayan etnik azlıqdır. “Azəriqaz”ın qanuni adı düzəldilməlidir. Ədliyyə Nazirliyi bu barədə ictimaiyyəti məlumatlandırsın”, - deputat əlavə edib.
Deputat Hikmət Məmmədov həmkarının fikri ilə razılaşmayıb.
“Səyyad müəllim, bizim ölkəmizin adı nədir: Azər-baycan. Biz “azər” və ya “azəri” sözündən imtina etməklə, kökümüzdən, dövlətimizdən imtina etmiş oluruq. İranda “azəri” adında fars kökənli etnik azlığın yaşaması uydurmadır. İranda belə bir etnik qrup yoxdur, o bizik. Bizim etnik adımızın kökü “az”dır”, - H.Məmmədov qeyd edib(qafqazinfo).
Bölməyə aid digər xəbərlər
















Qüdrət Həsənquliyev deyir ki, əgər İranda azərbaycanlılar etnik təmizləmə ilə üzləşsələr, Azərbaycan onları ya silahlandırmalı, ya da öz nizami ordusu ilə kömək etməlidir
Əfşar Süleymani: Trampın siyasəti İranın təklənməsinə gətirib çıxarıb. Bu günədək Rusiya və Çin də hərbi imkanlarının hamısını İrana verməyiblər
“Qarabağ”ın baş məşqçisi deyir ki, "Ayntraxt"la qarşılaşmada baxımlı oyun nümayiş etdirməyə çalışacaqlar
ADP sədri deyir ki, hələlik İranda baş verən proseslərin inkişafı xarici güclərin, xüsusilə ABŞ-ın mövqeyindən, həmçinin Türkiyə və Azərbaycanın bu məsələdə milli maraqlarını nə dərəcədə ön plana çəkməsindən asılı olacaq
Rejissor və aktyor deyir ki, yeni fəaliyyətə başlayan teatrda tamaşaçını pasiyent əvəz edəcək