Tarix: 15-01-2026 16:18 | Bölmə: İqtisadiyyat

Hesablama Palatasının 2026–2030-cu illəri əhatə edən yeni Strateji Plan təsdiqlənib.
Reyting.az xəbər verir ki, sənəd ali audit orqanı olaraq Hesablama Palatasının növbəti beş il üçün əsas fəaliyyət istiqamətlərini və prioritetlərini müəyyən edir.
Yeni Strateji Plan 2021–2025-ci illəri əhatə edən Strateji Planın icra müddətinin başa çatması fonunda, əvvəlki dövrdə əldə edilmiş nəticələr, aparılmış qiymətləndirmələr və cari vəziyyətin təhlili nəzərə alınmaqla hazırlanıb.
Strateji Planın formalaşdırılması prosesində əsas maraqlı tərəflərlə səmərəli işgüzar münasibətlər qurulub, onların gözləntiləri təhlil edilərək sənəddə əksini tapıb. Eyni zamanda, yeni Strateji Planda nəticəəsaslı çərçivə daha da genişləndirilib, ilk dəfə olaraq bir sıra əsas performans göstəriciləri üzrə beş illik proqnoz dinamikası müəyyən edilib.
Sənəddə Dövlət Auditi İnformasiya Sisteminin tam qurulması, rəqəmsal həllərin və data analitika alətlərinin genişləndirilməsi, mümkün istiqamətlərdə süni intellektin tətbiqi, beynəlxalq audit standartlarının daha geniş tətbiqi və audit tövsiyələri əsasında dövlət maliyyə idarəetməsinin gücləndirilməsi əsas prioritetlər kimi müəyyən olunub.
Bölməyə aid digər xəbərlər
















Qüdrət Həsənquliyev deyir ki, əgər İranda azərbaycanlılar etnik təmizləmə ilə üzləşsələr, Azərbaycan onları ya silahlandırmalı, ya da öz nizami ordusu ilə kömək etməlidir
Əfşar Süleymani: Trampın siyasəti İranın təklənməsinə gətirib çıxarıb. Bu günədək Rusiya və Çin də hərbi imkanlarının hamısını İrana verməyiblər
“Qarabağ”ın baş məşqçisi deyir ki, "Ayntraxt"la qarşılaşmada baxımlı oyun nümayiş etdirməyə çalışacaqlar
ADP sədri deyir ki, hələlik İranda baş verən proseslərin inkişafı xarici güclərin, xüsusilə ABŞ-ın mövqeyindən, həmçinin Türkiyə və Azərbaycanın bu məsələdə milli maraqlarını nə dərəcədə ön plana çəkməsindən asılı olacaq
Rejissor və aktyor deyir ki, yeni fəaliyyətə başlayan teatrda tamaşaçını pasiyent əvəz edəcək