Tarix: 14-01-2026 10:42 | Bölmə: İqtisadiyyat

"PASHA Holding” MMC-nin tərkibində fəaliyyət göstərən onlayn ticarət platforması "Birmarket”ə (əvvəlki adı Umico) yeni direktor təyin edilib.
Reyting.az 7NEWS.az-a istiandla xəbər verir ki, "PashaPay” MMC-nin sabiq sədri Samir Məmmədov Sabir oğlu, "Competo” MMC-nin, yəni "Birmarket”in direktoru təyin edilib.
Samir Məmmədov bu vəzifədə Rauf Qulaməliyev İlham oğlunu əvəz edib.
Qeyd edək ki, "Competo” MMC 2018-ci ildə təsis edilib və hazırda şirkətin 178.38 milyon manat nizamnamə kapitalı mövcuddur. "Birmarket” platforması istifadəçilərə müxtəlif kateqoriyalar üzrə məhsulların onlayn sifarişi, çatdırılması və loyallıq proqramları vasitəsilə alış-veriş imkanı təqdim edir.
Sayt yazır ki, Rauf Qulaməliyevin "Umico" rəhbərliyindən uzaqlaşdırılmasının sensasiyalı səbəbi olub. İddiaya görə onun öz işçisi ilə, iş otağında, qeyri-etik hərəkətləri ifşa edilib.
Məsələ ilə bağlı şirkətə rəsmi sorğu göndərilsə də, cavan veriləməyib.
Xatırladaq ki, R.Qulaməliyev deputat Səməd Seyidovun kürəkənidir.
Bölməyə aid digər xəbərlər
















Qüdrət Həsənquliyev deyir ki, əgər İranda azərbaycanlılar etnik təmizləmə ilə üzləşsələr, Azərbaycan onları ya silahlandırmalı, ya da öz nizami ordusu ilə kömək etməlidir
Əfşar Süleymani: Trampın siyasəti İranın təklənməsinə gətirib çıxarıb. Bu günədək Rusiya və Çin də hərbi imkanlarının hamısını İrana verməyiblər
“Qarabağ”ın baş məşqçisi deyir ki, "Ayntraxt"la qarşılaşmada baxımlı oyun nümayiş etdirməyə çalışacaqlar
ADP sədri deyir ki, hələlik İranda baş verən proseslərin inkişafı xarici güclərin, xüsusilə ABŞ-ın mövqeyindən, həmçinin Türkiyə və Azərbaycanın bu məsələdə milli maraqlarını nə dərəcədə ön plana çəkməsindən asılı olacaq
Rejissor və aktyor deyir ki, yeni fəaliyyətə başlayan teatrda tamaşaçını pasiyent əvəz edəcək