Tarix: 12-01-2026 11:21 | Bölmə: İqtisadiyyat

Azərbaycan Mərkəzi Bankının İdarə Heyəti "Banklarda bazar risklərinin idarə edilməsi Qaydası"nı təsdiqləyib.
Reyting.az xəbər verir ki, bununla bağlı Mərkəzi Bank sədrinin I müavini, sədrin vəzifələrini müvəqqəti icra edən Əliyar Məmmədyarov yeni qərar imzalayıb.
Qərara əsasən, bank apardığı əməliyyatların növünə, məbləğinə, fəaliyyətinin xüsusiyyətlərinə, fəaliyyət göstərdiyi mühitə və risk profilinə adekvat bazar risklərinin idarə edilməsi sistemini formalaşdırmalıdır. Bazar risklərinin idarə edilməsi sistemi azı faiz dərəcəsi riskini, xarici valyuta riskini, kapital riskini və əmtəə riskini əhatə etməklə bankın risklərin idarə edilməsi prosesinə inteqrasiya edilir.
Bankın bazar risklərinin idarə edilməsi sisteminin formalaşdırılmasının təmin edilməsi və effektivliyinin qiymətləndirilməsi bankın Müşahidə Şurası həyata keçirəcək.
Bundan başqa, bazar risklərinin idarə edilməsi sistemi bankın fəaliyyəti üzrə siyasətlərinə adekvat şəkildə formalaşdırılmalı və azı aşağıdakı məsələləri əhatə etməlidir:
- bazar risklərinin idarə edilməsi siyasəti və qaydalarını;
- bazar risklərinin ölçülməsinə dair tələbləri;
- BKFDR ölçülməsinə dair tələbləri;
- stress-testlərə dair tələbləri;
- bazar risklərinin monitorinqi və hesabatlığı.
Bazar risklərinin idarə edilməsi sistemi bankın bütün struktur bölmələrini, ölkədaxili və ölkədənkənar əməliyyat bölmələrini, habelə törəmə təsərrüfat cəmiyyətlərini əhatə edəcək.
AMB-nin Maliyyə bazarlarının hüquqi təminatı departamentinə bu Qərarın 3 gün müddətində Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi üçün Ədliyyə Nazirliyinə təqdim edilməsi tapşırılıb.
Bölməyə aid digər xəbərlər
















Qüdrət Həsənquliyev deyir ki, əgər İranda azərbaycanlılar etnik təmizləmə ilə üzləşsələr, Azərbaycan onları ya silahlandırmalı, ya da öz nizami ordusu ilə kömək etməlidir
Əfşar Süleymani: Trampın siyasəti İranın təklənməsinə gətirib çıxarıb. Bu günədək Rusiya və Çin də hərbi imkanlarının hamısını İrana verməyiblər
“Qarabağ”ın baş məşqçisi deyir ki, "Ayntraxt"la qarşılaşmada baxımlı oyun nümayiş etdirməyə çalışacaqlar
ADP sədri deyir ki, hələlik İranda baş verən proseslərin inkişafı xarici güclərin, xüsusilə ABŞ-ın mövqeyindən, həmçinin Türkiyə və Azərbaycanın bu məsələdə milli maraqlarını nə dərəcədə ön plana çəkməsindən asılı olacaq
Rejissor və aktyor deyir ki, yeni fəaliyyətə başlayan teatrda tamaşaçını pasiyent əvəz edəcək