Tarix: 09-01-2026 11:16 | Bölmə: İqtisadiyyat

"Ermənistan Azərbaycandan ümumi həcmi 7 600 ton olan neft məhsullarının idxalını gözləyir".
Bunu Ermənistanın iqtisadiyyat naziri Gevork Papoyan sosial şəbəkələrdəki hesabında bildirib.
"2026-cı il yanvar 8-nə olan məlumata görə, Azərbaycan ərazisindən dəmir yolu vasitəsilə Ermənistana artıq 8 485 ton Rusiya taxılı çatıb. 4 103 ton taxıl, həmçinin 7 600 ton Azərbaycan neft məhsulları - 6 100 ton benzin, 1 500 ton dizel yanacağı yoldadır", - nazir yazıb.
O xatırladıb ki, 2025-ci ildə Azərbaycan ərazisindən dəmir yolu ilə Ermənistana 6 580 ton taxıl gətirilib ki, bunun da 1 000 tonu Qazaxıstan, 5 580 tonu isə Rusiya mənşəlidir, həmçinin 1 210 ton Azərbaycan benzini də çatdırılıb.
Nazir, həmçinin qeyd edib ki, Azərbaycan neft məhsullarının yeni partiyasının gəlməsi ilə əlaqədar Ermənistanda benzin qiymətlərinin aşağı düşməsi gözlənilir: "Artıq qeyd etdiyim kimi, benzin və dizel yanacağının qiymətlərinin əvvəlki ayın qiymətləri ilə müqayisədə litr üçün 80 drama (0,36 manat -red.) qədər azalması gözlənilir. Məmnuniyyətlə bildirirəm ki, bu inkişafla əlaqədar olaraq, neft məhsullarının satışı ilə məşğul olan digər şirkətlər də qiymətlərin azaldılması üzərində işləyirlər".(Report)
Bölməyə aid digər xəbərlər
















Qüdrət Həsənquliyev deyir ki, əgər İranda azərbaycanlılar etnik təmizləmə ilə üzləşsələr, Azərbaycan onları ya silahlandırmalı, ya da öz nizami ordusu ilə kömək etməlidir
Əfşar Süleymani: Trampın siyasəti İranın təklənməsinə gətirib çıxarıb. Bu günədək Rusiya və Çin də hərbi imkanlarının hamısını İrana verməyiblər
“Qarabağ”ın baş məşqçisi deyir ki, "Ayntraxt"la qarşılaşmada baxımlı oyun nümayiş etdirməyə çalışacaqlar
ADP sədri deyir ki, hələlik İranda baş verən proseslərin inkişafı xarici güclərin, xüsusilə ABŞ-ın mövqeyindən, həmçinin Türkiyə və Azərbaycanın bu məsələdə milli maraqlarını nə dərəcədə ön plana çəkməsindən asılı olacaq
Rejissor və aktyor deyir ki, yeni fəaliyyətə başlayan teatrda tamaşaçını pasiyent əvəz edəcək