Tarix: 07-01-2026 16:02 | Bölmə: İqtisadiyyat

Elm və Təhsil Nazirliyi yanında Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi Guryanov Əfqan Süleyman oğlu ilə icarə müqaviləsi bağlayıb.
Reyting.az Yeniavaz.com-a istinadla xəbər verir ki, Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi müqaviləni tender müsabiqəsi keçirmədən, bir mənbədən satınalma metodu əsasında imzalayıb.
Qeyd edək ki, Agentlik icarə haqqı olaraq Guryanov Əfqana 279 min 600 manat ödəyəcək. Açıqlanan məlumatda icarə müqaviləsinin müddəti, icarəyə götürülən obyektin ünvanı qeyd olunmayıb.
Lakin onu da bildirək ki, bir il əvvəl – ötən ilin yanvar ayında da Agentlik Əfqan Guryanov ilə analoji müqavilə imzalayıb.
Agentlik Əfqan Guryanova məxsus Nərimanov rayonu, Aşıq Alı küçəsi, 45 ünvanında yerləşən 1018 kvadratmetrlik qeyri-yaşayış sahəsini təxminən bir il müddətinə (06.01.2025 – 31.12.2025) icarəyə götürüb və icarə haqqı olaraq əmlakın sahibi olan Guryanov Əfqan Süleyman oğluna 219 min 600 manat ödəyib.
Məlumat üçün bildirək ki, Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi 2022-ci ilin iyul ayında yaradılıb. Agentliyin Əsasnaməsi bir il sonra – 2023-cü ilin iyul ayında təsdiqlənib.
Onu da qeyd edək ki, Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin icarəyə götürdüyü binada daha əvvəl “Günay Bank” ASC-nin baş ofisi yerləşib. “Günay Bank” ASC 2023-cü ilin may ayında ləğv olunub.
Bölməyə aid digər xəbərlər
















Qüdrət Həsənquliyev deyir ki, əgər İranda azərbaycanlılar etnik təmizləmə ilə üzləşsələr, Azərbaycan onları ya silahlandırmalı, ya da öz nizami ordusu ilə kömək etməlidir
Əfşar Süleymani: Trampın siyasəti İranın təklənməsinə gətirib çıxarıb. Bu günədək Rusiya və Çin də hərbi imkanlarının hamısını İrana verməyiblər
“Qarabağ”ın baş məşqçisi deyir ki, "Ayntraxt"la qarşılaşmada baxımlı oyun nümayiş etdirməyə çalışacaqlar
ADP sədri deyir ki, hələlik İranda baş verən proseslərin inkişafı xarici güclərin, xüsusilə ABŞ-ın mövqeyindən, həmçinin Türkiyə və Azərbaycanın bu məsələdə milli maraqlarını nə dərəcədə ön plana çəkməsindən asılı olacaq
Rejissor və aktyor deyir ki, yeni fəaliyyətə başlayan teatrda tamaşaçını pasiyent əvəz edəcək