Tarix: 06-01-2026 17:22 | Bölmə: İqtisadiyyat

Hesablama Palatası Naxçıvan Muxtar Respublikasının 2026-cı il üzrə büdcə layihəsinə dair təqdim edilmiş izahat sənədində bir sıra analitik boşluqlar aşkarlanıb.
Reyting.az xəbər verir ki, hesabatda büdcə siyasətinin əsas istiqamətləri, gəlir və xərclərin formalaşdırılmasının iqtisadi əsasları kifayət qədər ətraflı açıqlanmayıb. Sənəddə növbəti il üzrə makroiqtisadi göstəricilər, büdcə gəlirlərinin mənbələri və onların dinamikası, eləcə də sosial yönümlü xərclərin payı və prioritet istiqamətlər üzrə dəyişikliklər konkret iqtisadi və analitik əsaslandırma ilə təqdim edilməyib.
Hesablama Palatası hesab edir ki, izahatda büdcə siyasətinin iqtisadi və sosial təsirlərinə dair analitik təhlilin və izahlı müqayisələrin verilməsi zəruridir. Bu cür yanaşma büdcə göstəricilərinin daha dolğun qiymətləndirilməsinə və gələcək büdcə planlaşdırılmasının keyfiyyətinin artırılmasına xidmət edə bilər.
Naxçıvanın Maliyyə Nazirliyi Palatanın tövsiyələrini nəzərə alaraq izahat sənədində müəyyən təkmilləşdirmə aparıb. Nazirlik gələcək dövrlərdə izahat sənədlərində təqdim ediləcək məlumatların meyar və standartlarının Palata ilə birgə razılaşdırılmasını təklif edib.
Hesabatda bu yanaşmanın müsbət addım olduğu vurğulansa da, izahat sənədinin daha da təkmilləşdirilməsinə ehtiyacın qaldığı qeyd olunub.
Bölməyə aid digər xəbərlər
















Qüdrət Həsənquliyev deyir ki, əgər İranda azərbaycanlılar etnik təmizləmə ilə üzləşsələr, Azərbaycan onları ya silahlandırmalı, ya da öz nizami ordusu ilə kömək etməlidir
Əfşar Süleymani: Trampın siyasəti İranın təklənməsinə gətirib çıxarıb. Bu günədək Rusiya və Çin də hərbi imkanlarının hamısını İrana verməyiblər
“Qarabağ”ın baş məşqçisi deyir ki, "Ayntraxt"la qarşılaşmada baxımlı oyun nümayiş etdirməyə çalışacaqlar
ADP sədri deyir ki, hələlik İranda baş verən proseslərin inkişafı xarici güclərin, xüsusilə ABŞ-ın mövqeyindən, həmçinin Türkiyə və Azərbaycanın bu məsələdə milli maraqlarını nə dərəcədə ön plana çəkməsindən asılı olacaq
Rejissor və aktyor deyir ki, yeni fəaliyyətə başlayan teatrda tamaşaçını pasiyent əvəz edəcək