Tarix: 05-01-2026 19:57 | Bölmə: İqtisadiyyat

Macarıstan 2026-cı il seçkilərindən əvvəl ABŞ-dan istədiyi maliyyə yardımını ala bilməyib. Macarıstanın baş naziri Viktor Orban deyib ki, mümkün dəstək barədə danışıqlar davam edir.
Reyting.az xəbər verir ki, danışıqların nəticəsi hələ məlum deyil.
“Mən (maliyyə) müdafiə istədim, amma həm ABŞ, həm də Macarıstan üçün məqbul olacaq yardım növü mövcud deyildi”, - “Reuters” Orbandan sitat gətirib.
Baş nazir aprel ayında keçiriləcək seçkilərdən əvvəl Vaşinqtondan daha çox yardım gözləyə biləcəyi barədə suala cavabında deyib:
“Amerika prezidenti, yoxsa yüksək vəzifəli Amerika lideri Macarıstana gələcəkmi? Çox güman ki, Macarıstan yazda həmişə yüksək vəzifəli Amerika liderlərinin qatıldığı siyasi tədbirlərə ev sahibliyi edəcək”.
Qeyd edək ki, Orban Rusiyanın Ukraynaya müdaxiləsindən sonra baş verən inflyasiya artımından sonra ölkəsinin iqtisadiyyatını dirçəltməyə çalışır.
Əlavə edək ki, Orban və ABŞ prezidenti Donald Tramp noyabr ayında maliyyə yardımı formalarını müzakirə ediblər. Lakin ötən ay Tramp Macarıstan baş nazirinin Vaşinqtonun artıq 20 milyard dollara qədər maliyyə yardımı göstərməyə razılıq verdiyi iddiasını təkzib edib.
V. QULİYEV
Bölməyə aid digər xəbərlər
















Qüdrət Həsənquliyev deyir ki, əgər İranda azərbaycanlılar etnik təmizləmə ilə üzləşsələr, Azərbaycan onları ya silahlandırmalı, ya da öz nizami ordusu ilə kömək etməlidir
Əfşar Süleymani: Trampın siyasəti İranın təklənməsinə gətirib çıxarıb. Bu günədək Rusiya və Çin də hərbi imkanlarının hamısını İrana verməyiblər
“Qarabağ”ın baş məşqçisi deyir ki, "Ayntraxt"la qarşılaşmada baxımlı oyun nümayiş etdirməyə çalışacaqlar
ADP sədri deyir ki, hələlik İranda baş verən proseslərin inkişafı xarici güclərin, xüsusilə ABŞ-ın mövqeyindən, həmçinin Türkiyə və Azərbaycanın bu məsələdə milli maraqlarını nə dərəcədə ön plana çəkməsindən asılı olacaq
Rejissor və aktyor deyir ki, yeni fəaliyyətə başlayan teatrda tamaşaçını pasiyent əvəz edəcək