Tarix: 05-01-2026 17:52 | Bölmə: İqtisadiyyat

Rəisi həbs olunan "Bakı-Hövsan Beynəlxalq Ticarət Dəniz Limanı"na yeni direktor təyinatı həyata keçirilib
Reyting.az Qaynarinfo-ya istinadla xəbər verir ki, Qibləliyev Samir Vaqif oğlu "Bakı-Hövsan Beynəlxalq Ticarət Dəniz Limanı"nın baş direktoru və qanuni təmsilçisi olub.
Qeyd edək ki, Samir Qibləliyev uzun illər Mərkəzi Gömrük Ekspertiza İdarəsinin rəis müavini vəzifəsində çalışıb.
Bundan əvvəl "Bakı Hövsan Beynəlxalq Ticarət Dəniz Limanı" ASC-nin qanuni təmsilçisi və baş direktoru Rəşad Daşdəmirov idi. Ötən ilin dekabr ayında o, Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən saxlanılıb və barəsində həbs qətimkan tədbiri seçilib.
O, xüsusilə külli miqdarda qaçaqmalçılıqda və başqa ağır cinayələrdə ittiham edilir. İş üzrə dəymiş ziyan 3 milyon manatdan artıqdır.
Bölməyə aid digər xəbərlər
















Qüdrət Həsənquliyev deyir ki, əgər İranda azərbaycanlılar etnik təmizləmə ilə üzləşsələr, Azərbaycan onları ya silahlandırmalı, ya da öz nizami ordusu ilə kömək etməlidir
Əfşar Süleymani: Trampın siyasəti İranın təklənməsinə gətirib çıxarıb. Bu günədək Rusiya və Çin də hərbi imkanlarının hamısını İrana verməyiblər
“Qarabağ”ın baş məşqçisi deyir ki, "Ayntraxt"la qarşılaşmada baxımlı oyun nümayiş etdirməyə çalışacaqlar
ADP sədri deyir ki, hələlik İranda baş verən proseslərin inkişafı xarici güclərin, xüsusilə ABŞ-ın mövqeyindən, həmçinin Türkiyə və Azərbaycanın bu məsələdə milli maraqlarını nə dərəcədə ön plana çəkməsindən asılı olacaq
Rejissor və aktyor deyir ki, yeni fəaliyyətə başlayan teatrda tamaşaçını pasiyent əvəz edəcək