Tarix: 30-12-2025 13:07 | Bölmə: İqtisadiyyat

"Şəxsi məlumatlarım illərdir icazəsiz sorğulanır. Hər dəfə mygov-dan bildiriş gəlir. “Kapital Bank” ASC 2022-ci ildən bu günə qədər (2023, 2024, 2025 daxil olmaqla) mənim FİN nömrəm üzrə sosial müdafiə, müavinət və iş yerim haqqında məlumatları mütəmadi şəkildə sorğulayıb".
Reyting.az xəbər verir ki, bunu məşhur müğənni Nura Suri sosial media hesabında yazıb.
Onun sözlərinə görə, bank bu tarixlərdə onun şəxsi məlumatlarına girişə cəhd edib:
- 2022 - 25 avqust, 25 dekabr
- 2023 - 26 fevral, 30 mart, 30 aprel və s.
- 2024 - 7 fevral, 18 may, 6 oktyabr, 18 noyabr, 31 dekabr
- 2025 - 31 yanvar, 4 mart, 4 aprel, 4 may, 10 may, 10 iyun, 24 iyun, 29 sentyabr, 29 dekabr və s.
Nura Suri qeyd edib ki, “Kapital Bank”da heç vaxt hesabı olmayıb, kredit müraciəti etməyib və bankla heç bir müqavilə bağlamayıb: “Yəni mən bu məlumatların əldə edilməsinə razılıq verməmişəm. Bu sorğular hansı əsasla edilir? Bilmək istəyirəm. Artıq məsələ ilə bağlı rəsmi şəkildə müraciət etmək istəyirəm".
Müğənni bu statusu paylaşmasının səbəbini də izah edib:
"Hamı məlumatlı olsun e-social kabinetinizdə kimlərin sorğu etdiyini yoxlayasınız. Şəxsi məlumat toxunulmazdır, bildiyim qədəri ilə".
Azər
Reyting.az
Bölməyə aid digər xəbərlər
















Qüdrət Həsənquliyev deyir ki, əgər İranda azərbaycanlılar etnik təmizləmə ilə üzləşsələr, Azərbaycan onları ya silahlandırmalı, ya da öz nizami ordusu ilə kömək etməlidir
Əfşar Süleymani: Trampın siyasəti İranın təklənməsinə gətirib çıxarıb. Bu günədək Rusiya və Çin də hərbi imkanlarının hamısını İrana verməyiblər
“Qarabağ”ın baş məşqçisi deyir ki, "Ayntraxt"la qarşılaşmada baxımlı oyun nümayiş etdirməyə çalışacaqlar
ADP sədri deyir ki, hələlik İranda baş verən proseslərin inkişafı xarici güclərin, xüsusilə ABŞ-ın mövqeyindən, həmçinin Türkiyə və Azərbaycanın bu məsələdə milli maraqlarını nə dərəcədə ön plana çəkməsindən asılı olacaq
Rejissor və aktyor deyir ki, yeni fəaliyyətə başlayan teatrda tamaşaçını pasiyent əvəz edəcək