Tarix: 30-12-2025 10:31 | Bölmə: İqtisadiyyat

Rusiya Federasiyası Mərkəzi Bankı dekabr ayının 29-da rubl qarşısında valyutaların məzənnələrini açıqlayıb. İlkin məlumata görə, ABŞ dollarının zəifləməsində qismən ləngimə müşahidə olunur.
Reyting.az xəbər verir ki, rəsmi məzənnələrə görə, hazırda ABŞ dolları 77,6923 rubldur və bu, cümə günü elan edilmiş 77,8844 rubl məzənnəsi ilə müqayisədə 0,25 faiz ucuzlaşma deməkdir. Hələlik dollarla rəqabət aparmaq gücündə olmayan avronun rəsmi məzənnəsi isə 91,2066 rubldur və 91,8902 rubldan 0,74 faizə qədər azalıb.
Çin yuanı 11,0449 rubla çatıb və 11,0773 rubl ilə müqayisədə 0,29 faiz eniş deməkdir. Eyni zamanda, Honq-Konq dolları 10,0145 rubl olmaqla, 10,0334 rubldan cəmi 0,19 faiz ucuzlaşıb.
Rusiyanın bir çox ekspertləri rublun məzənnəsi ilə bağlı nikbin proqnozlar verirlər. Lakin fərqli düşünən digər müstəqil ekspertlərin fikrincə, ola bilsin ki, çox yaxın gələcəkdə rubl dollardan, avrodan uzaqlaşmaqla, həm də Çin yuanının "təsir dairəsinə" düşsün.
Mütəxəssislərin sözlərinə görə, Rusiya tədric olunan, eyni zamanda, ölkənin daxilində və xaricində öz alıcılıq qabiliyyətini, dəyərini itirən rublunu qorumaq üçün "Yuanın imperiyası altında" olan bir ölkəyə çevriləcək.
Oqtay QORÇU
Bölməyə aid digər xəbərlər
















Qüdrət Həsənquliyev deyir ki, əgər İranda azərbaycanlılar etnik təmizləmə ilə üzləşsələr, Azərbaycan onları ya silahlandırmalı, ya da öz nizami ordusu ilə kömək etməlidir
Əfşar Süleymani: Trampın siyasəti İranın təklənməsinə gətirib çıxarıb. Bu günədək Rusiya və Çin də hərbi imkanlarının hamısını İrana verməyiblər
“Qarabağ”ın baş məşqçisi deyir ki, "Ayntraxt"la qarşılaşmada baxımlı oyun nümayiş etdirməyə çalışacaqlar
ADP sədri deyir ki, hələlik İranda baş verən proseslərin inkişafı xarici güclərin, xüsusilə ABŞ-ın mövqeyindən, həmçinin Türkiyə və Azərbaycanın bu məsələdə milli maraqlarını nə dərəcədə ön plana çəkməsindən asılı olacaq
Rejissor və aktyor deyir ki, yeni fəaliyyətə başlayan teatrda tamaşaçını pasiyent əvəz edəcək