Tarix: 25-12-2025 12:03 | Bölmə: İqtisadiyyat

İnnovasiya və Təchizat Mərkəzi (İTM) bir gündə üç tender keçirib.
Həmin tenderlərin ikisinin qalibi eyni şirkət olub.
Məlumatda deyilir ki, İTM tibb müəssisələri üçün bezlər alacaq. Bu məqsədlə “ZEYTUN PHARMACEUTİCALS” MMC ilə 693 min 238 manatlıq sifariş verib.
İkinci tenderin də qalibi “ZEYTUN PHARMACEUTİCALS” MMC olub. Belə ki, İTM “Tibb müəssisələrində istifadə üçün nəzərdə tutulmuş spesifik sərfiyyat mallarını satın alacaq. Həmin layihənin dəyəri isə 947 min 928 manat təşkil edir.
İTM-in keçirdiyi üçüncü tender isə tibb müəssisələrində istifadə üçün nəzərdə tutulmuş cərrahi sapların alınmasını ehtiva edir. “PAŞA-K” FİRMASI ilə anlaşmaya əsasən Mərkəz 1 milyon 953 min 304 manat pul ödəyəcək.
Xatırladaq ki, “ZEYTUN PHARMACEUTİCALS” MMC-nin deputat Cavanşir Feyziyevə məxsus olmasına dair iddialar var.(tribuna.info)
Bölməyə aid digər xəbərlər
















Qüdrət Həsənquliyev deyir ki, əgər İranda azərbaycanlılar etnik təmizləmə ilə üzləşsələr, Azərbaycan onları ya silahlandırmalı, ya da öz nizami ordusu ilə kömək etməlidir
Əfşar Süleymani: Trampın siyasəti İranın təklənməsinə gətirib çıxarıb. Bu günədək Rusiya və Çin də hərbi imkanlarının hamısını İrana verməyiblər
“Qarabağ”ın baş məşqçisi deyir ki, "Ayntraxt"la qarşılaşmada baxımlı oyun nümayiş etdirməyə çalışacaqlar
ADP sədri deyir ki, hələlik İranda baş verən proseslərin inkişafı xarici güclərin, xüsusilə ABŞ-ın mövqeyindən, həmçinin Türkiyə və Azərbaycanın bu məsələdə milli maraqlarını nə dərəcədə ön plana çəkməsindən asılı olacaq
Rejissor və aktyor deyir ki, yeni fəaliyyətə başlayan teatrda tamaşaçını pasiyent əvəz edəcək