Tarix: 25-12-2025 10:33 | Bölmə: İqtisadiyyat

Bu il olduğu kimi, 2026-cı ildə də böyük inkişafa keçid edəcək dünyanın ən dəyərli, ən zəngin özəl şirkətləri barəsində avropalı və amerikalı ekspertlərin ümumiləşdirilmiş rəyləri əsasında proqnoz hazırlanıb.
Reyting.az xəbər verir ki, mütəxəssislərin fikrincə, özəl bazarlar artıq əvvəllər yalnız nəhəng açıq şirkətlərə xas olan dəyərləri formalaşdırır.
"Barrons" jurnalının reytinqinə görə, dünyanın ən bahalı, həmçinin varlı 10 özəl şirkətinin ümumi kapital dəyəri hazırda yüz milyardlarla dollardır.
Siyahıya 800 milyard dollar dəyərində olan və İlon Maskın rəhbərlik etdiyi "SpaceX" kosmik şirkəti başçılıq edir. Bu şirkətin son illərdə gəlirlərinin artması əsasən "Starlink" peyk şəbəkəsi və kosmik texnologiyalara maraqla bağlıdır. Üstəlik, 2026-cı ildə də yüksək həcmdə aksiyaların olacağı ehtimalı var.
İkinci yerdə gəlirləri 500 milyard dollara çatan "OpenAI" şirkətidir. Bu şirkətin dünya bazarında nəhəng investorların iştirakı ilə keçirdiyi çoxsaylı və uğurlu, rekord həddə çatan sövdələşmələri beynəlxalq aləmdə generativ süni intellekt bazarına etimadı daha da gücləndirib.
"TikTok"un sahibi kimi dünyada məşhur olan "ByteDance" şirkəti təxminən 480 milyard dollarlıq kapitalla ön sıralarda yer alıb. "Anthropic" və "xAI" kimi süni intellekt startaplarının sürətli yüksəlişi bu sahədəki investor yarışının göstəricisidir.
Nəşr yazır ki, getdikcə güclənən bazar rəqabəti fonunda daha əvvəllər bəzi uğursuzluqlarla üzləşən, ancaq son nəticədə böyük uğurlara imza atan "Databricks" şirkəti bu il dəyərini 134 milyard dollara çatdırmaqla, dünyanın nəhəng şirkətləri sırasına qoşulub.
"Stripe" və "Revolut" kimi şirkətlərlə yanaşı, kriptoekosistemdə ciddi, həmçinin böyük rəqib hesab edilən "Binance" şirkətinin də, yüksək səviyyədə maliyyə dəyərlərini stabil qaydada uğurla qoruduğu bildirilir.
Təqdim edilən ümumi proqnozlara əsasən, 2025-ci il ərzində süni intellekt startaplarına yatırımlar bütün özəl maliyyələşmənin yarıdan çoxunu təşkil edib. Ekspertlər bildirirlər ki, yeni maliyyə göstəriciləri 2026-cı ildə bir çox şirkətlərin fantastik dərəcədə, sürətlə varlanmasından xəbər verir.

Oqtay QORÇU
Bölməyə aid digər xəbərlər
















Qüdrət Həsənquliyev deyir ki, əgər İranda azərbaycanlılar etnik təmizləmə ilə üzləşsələr, Azərbaycan onları ya silahlandırmalı, ya da öz nizami ordusu ilə kömək etməlidir
Əfşar Süleymani: Trampın siyasəti İranın təklənməsinə gətirib çıxarıb. Bu günədək Rusiya və Çin də hərbi imkanlarının hamısını İrana verməyiblər
“Qarabağ”ın baş məşqçisi deyir ki, "Ayntraxt"la qarşılaşmada baxımlı oyun nümayiş etdirməyə çalışacaqlar
ADP sədri deyir ki, hələlik İranda baş verən proseslərin inkişafı xarici güclərin, xüsusilə ABŞ-ın mövqeyindən, həmçinin Türkiyə və Azərbaycanın bu məsələdə milli maraqlarını nə dərəcədə ön plana çəkməsindən asılı olacaq
Rejissor və aktyor deyir ki, yeni fəaliyyətə başlayan teatrda tamaşaçını pasiyent əvəz edəcək