Tarix: 24-12-2025 17:47 | Bölmə: İqtisadiyyat

Azərbaycana bəzi ölkələrdən quş və heyvan gətirilməsi məhdudlaşdırılıb.
Reyting.az Qida Təhlükəsizliyi Agentliyinə (AQTA) istinadla bildirr ki, Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının (ÜHST) rəsmi məlumatlarına əsasən, Fransanın Mərkəz-Luara vadisi regionunda aueski xəstəliyi, Nigeriyanın Sokoto ştatında, Monqolustanın Süxbaatar vilayətində dabaq xəstəliyi aşkarlanıb.
Nigeriyanın Akva İbom ştatında xırdabuynuzlu heyvanların taun xəstəliyi, Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Cersinin Sent-Martin, Sent-Piter, Sent-Sevior, Sent-Brelad inzibati ərazilərində blutanq xəstəliyi, Slovakiyanın Preşov diyarında Nyukasl xəstəliyi, Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Şotlandiyanın Şotlandiya Sərhədləri inzibati ərazi vahidində, İtaliyanın Toskana regionunda isə yüksək patogen quş qripi xəstəliyi qeydə alınıb.
Azərbaycan ərazisinin bu yoluxucu xəstəliklərdən qorunması üçün qeyd olunan ərazilərdən zonalaşma prinsipi nəzərə alınmaqla, müvafiq malların idxalına ÜHST-nin "Quruda yaşayan heyvanların sağlamlıq Məcəlləsi"nə uyğun olaraq AQTA müvəqqəti məhdudiyyət tətbiq edib.
Eyni zamanda müvafiq tədbirlərin görülməsi üçün Dövlət Gömrük Komitəsinə müraciət olunub.
Bölməyə aid digər xəbərlər
















Qüdrət Həsənquliyev deyir ki, əgər İranda azərbaycanlılar etnik təmizləmə ilə üzləşsələr, Azərbaycan onları ya silahlandırmalı, ya da öz nizami ordusu ilə kömək etməlidir
Əfşar Süleymani: Trampın siyasəti İranın təklənməsinə gətirib çıxarıb. Bu günədək Rusiya və Çin də hərbi imkanlarının hamısını İrana verməyiblər
“Qarabağ”ın baş məşqçisi deyir ki, "Ayntraxt"la qarşılaşmada baxımlı oyun nümayiş etdirməyə çalışacaqlar
ADP sədri deyir ki, hələlik İranda baş verən proseslərin inkişafı xarici güclərin, xüsusilə ABŞ-ın mövqeyindən, həmçinin Türkiyə və Azərbaycanın bu məsələdə milli maraqlarını nə dərəcədə ön plana çəkməsindən asılı olacaq
Rejissor və aktyor deyir ki, yeni fəaliyyətə başlayan teatrda tamaşaçını pasiyent əvəz edəcək