Tarix: 19-12-2025 08:55 | Bölmə: İqtisadiyyat

"Wisk Aero" şirkəti çoxdan üzərində işlədiyi böyük layihələrindən birini tamamlayıb. Şirkət ilk dəfə "Gen 6" prototipinin avtonom uçuşunu uğurla həyata keçirib və bu sınaq testi Kaliforniyada reallaşıb.
Reyting.az xəbər verir ki, uçuş zamanı maşın 5 metr yüksəkliyə qalxmaqla, 69 saniyə səmada qalıb. Maneəsiz keçən bu uçuş vaxtı vertikal qalxma, həmçinin sabit asılma ilə bərabər həm də əsas idarəetmə alqoritmləri sınaqdan keçirilib.
Şirkətin məlumatına görə, onların mütəxəssisləri nəticələrdən razı qalıblar və növbəti mərhələdə uçuş-enməni, həmçinin aşağı sürətlərdə sabitliyi, eyni zamanda mürəkkəb uçuş rejimlərini yenə yoxlamağı planlaşdırırlar.

Qeyd edək ki, ABŞ şirkəti olan "Wisk Aero" 2019-cu ildə dünya nəhəngləri "Boeing" və "Google" şirkətlərinin əsas payçısı və həmtəsisçisi Larri Peycin şəxsi təşəbbüsü ilə yaradılmış "Kitty Hawk" adlı layihənin bazasında qurulub. 2023-cü ildə aviasiya təyyarələri ilə bərabər, pilotsuz və pilotlu aparatlar, uçan taksilər, o cümlədən digər uçuş texnologiyaları istehsalçısı kimi kifayət qədər tanınmış "Wisk Aero" şirkəti dünyaca məşhur "Boeing" kampaniyasının tam sahibinə çevrilib.
Oqtay QORÇU
Bölməyə aid digər xəbərlər
















Qüdrət Həsənquliyev deyir ki, əgər İranda azərbaycanlılar etnik təmizləmə ilə üzləşsələr, Azərbaycan onları ya silahlandırmalı, ya da öz nizami ordusu ilə kömək etməlidir
Əfşar Süleymani: Trampın siyasəti İranın təklənməsinə gətirib çıxarıb. Bu günədək Rusiya və Çin də hərbi imkanlarının hamısını İrana verməyiblər
“Qarabağ”ın baş məşqçisi deyir ki, "Ayntraxt"la qarşılaşmada baxımlı oyun nümayiş etdirməyə çalışacaqlar
ADP sədri deyir ki, hələlik İranda baş verən proseslərin inkişafı xarici güclərin, xüsusilə ABŞ-ın mövqeyindən, həmçinin Türkiyə və Azərbaycanın bu məsələdə milli maraqlarını nə dərəcədə ön plana çəkməsindən asılı olacaq
Rejissor və aktyor deyir ki, yeni fəaliyyətə başlayan teatrda tamaşaçını pasiyent əvəz edəcək