Tarix: 17-12-2025 18:19 | Bölmə: İqtisadiyyat

2004-2024-cü illər ərzində Avropa İttifaqı ölkələrində ev təsərrüfatlarında hər adama düşən real gəlir orta hesabla 22 faizə qədər artıb.
Reyting.az xəbər verir ki, "Eurostat"-ın təqdim etdiyi məlumatlarda adambaşına düşən bu gəlirlər 2004-2008-ci illərdə yüksəlsə də, 2008-2011-ci illər ərzindəki qlobal maliyyə böhranı səbəbindən durğunluq müşahidə olunub. Bu dövrlərdə Avropa İttifaqı məkanına da çox sarsıdıcı təsir göstərən maliyyə böhranının kritik həddə yüksəlməsi səbəbindən gəlirlərin həcmi 2012-2013-cü illərdə azalıb.
Qeyd edilir ki, sonradan artım bərpa olunsa da, 2020-ci ildə dünyaya yayılmış koronovirus pandemiyası səbəbindən qısa eniş yaşanıb, 2021-ci ildən yenidən yüksəliş başlayıb.
Yeni statistikaya görə, ən yüksək artım Rumıniyada qeydə alınıb – 134 faiz. Ardınca Litva (95%) və Polşa (91%) gəlir. Gəlirlərin azaldığı yeganə ölkələr Yunanıstanla (-5%) İtaliyadır (-4%).
Digər göstəricilərə görə, ən zəif artım İspaniyada (11%), Avstriyada (14%) və Belçikada (15%) qeydə alınıb.
Yeni statistika vergilər və sosial ödənişlər çıxıldıqdan sonra xərclər, həmçinin yığımlar üçün mövcud olan, həm də qiymət artımı nəzərə alınmaqla hesablanan adambaşına düşən real gəliri əks etdirir.

Oqtay QORÇU
Bölməyə aid digər xəbərlər
















Qüdrət Həsənquliyev deyir ki, əgər İranda azərbaycanlılar etnik təmizləmə ilə üzləşsələr, Azərbaycan onları ya silahlandırmalı, ya da öz nizami ordusu ilə kömək etməlidir
Əfşar Süleymani: Trampın siyasəti İranın təklənməsinə gətirib çıxarıb. Bu günədək Rusiya və Çin də hərbi imkanlarının hamısını İrana verməyiblər
“Qarabağ”ın baş məşqçisi deyir ki, "Ayntraxt"la qarşılaşmada baxımlı oyun nümayiş etdirməyə çalışacaqlar
ADP sədri deyir ki, hələlik İranda baş verən proseslərin inkişafı xarici güclərin, xüsusilə ABŞ-ın mövqeyindən, həmçinin Türkiyə və Azərbaycanın bu məsələdə milli maraqlarını nə dərəcədə ön plana çəkməsindən asılı olacaq
Rejissor və aktyor deyir ki, yeni fəaliyyətə başlayan teatrda tamaşaçını pasiyent əvəz edəcək