Tarix: 17-12-2025 13:17 | Bölmə: İqtisadiyyat

Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) ilə Macarıstanın "MOL Group" şirkəti arasında Azərbaycanın Şamaxı-Qobustan sahəsində kəşfiyyat və hasilat üzrə pay bölgüsü sazişi imzalanıb.
Reyting.az SOCAR-a istinadən xəbər verir ki, sazişi SOCAR-ın prezidenti Rövşən Nəcəf və "MOL Group"un İdarə Heyətinin sədri və baş icraçı direktoru Jolt Hernadi imzalayıblar.
Layihənin operatoru olan "MOL Group" birgə kəşfiyyat layihəsində 65 %, SOCAR isə 35 % paya malikdir.
Layihə çərçivəsində seysmik tədqiqatların 2026-cı ilin əvvəlində başlanması, daha sonrakı mərhələdə isə qazma işlərinin aparılması planlaşdırılır.
Qeyd edək ki, 3 iyun 2025-ci il tarixində "Bakı Enerji Həftəsi" çərçivəsində SOCAR ilə "MOL Group" şirkəti arasında imzalanan Əsas Şərtlər Sazişindən sonra bu tam razılaşdırılmış sənəd iki şirkət arasında əvvəlki uğurlu əməkdaşlıq üzərində qurulan strateji tərəfdaşlıqda mühüm mərhələdir.
Xatırladaq ki, "MOL Group" şirkəti Azərbaycan bazarına 2020-ci ildə Azəri-Çıraq-Günəşli (AÇG) yatağında 9,57 % pay və xam nefti Ceyhan limanına nəql edən Bakı-Tbilisi-Ceyhan boru kəmərində 8,9 % effektiv pay əldə etməklə daxil olub.
Bölməyə aid digər xəbərlər
















Qüdrət Həsənquliyev deyir ki, əgər İranda azərbaycanlılar etnik təmizləmə ilə üzləşsələr, Azərbaycan onları ya silahlandırmalı, ya da öz nizami ordusu ilə kömək etməlidir
Əfşar Süleymani: Trampın siyasəti İranın təklənməsinə gətirib çıxarıb. Bu günədək Rusiya və Çin də hərbi imkanlarının hamısını İrana verməyiblər
“Qarabağ”ın baş məşqçisi deyir ki, "Ayntraxt"la qarşılaşmada baxımlı oyun nümayiş etdirməyə çalışacaqlar
ADP sədri deyir ki, hələlik İranda baş verən proseslərin inkişafı xarici güclərin, xüsusilə ABŞ-ın mövqeyindən, həmçinin Türkiyə və Azərbaycanın bu məsələdə milli maraqlarını nə dərəcədə ön plana çəkməsindən asılı olacaq
Rejissor və aktyor deyir ki, yeni fəaliyyətə başlayan teatrda tamaşaçını pasiyent əvəz edəcək