Tarix: 16-12-2025 00:16 | Bölmə: İqtisadiyyat

Bir çoxları üçün səhər seçimi çay və yaxud qəhvədir. Beynəlxalq Qəhvə Təşkilatının (ICO) məlumatına görə, dünya üzrə illik qəhvə istehlakı 170 milyon kisəni ötür və adambaşına ən yüksək göstərici Şimali Avropadadır.
Reyting.az xəbər verir ki, yeni statistikaya görə, daha çox kofe içilən ölkələrin sırasında yer alan Finlandiyada bir nəfər gündə orta hesabla dörd fincana yaxın qəhvə içir.
Bununla belə, çay hələ də dünyada ən çox istehlak olunan isti içkidir. BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının hesabatına görə, qlobal çay istehlakı əsasən Çin, Hindistan və digər Asiya ölkələrinin hesabına artır.
Xəritədə fərq aydındır: Şimali və Cənubi Amerikanın böyük hissəsi, həmçinin Qərbi Avropa daha çox qəhvəyə üstünlük verir; Asiya, Afrika, Şərqi Avropa, Yaxın Şərqdə isə çay içməkdən zövq alırlar.
Həmişə olduğu kimi, yenə də Böyük Britaniya və İrlandiya Avropanın "çay ölkələri" sırasındadır. ABŞ ilə Braziliya isə qəhvə yönümlü iqtisadiyyatlarını gücləndirirlər.
Mütəxəssislərin fikrincə, iqlim dəyişiklikləri əsas qəhvə istehsalçısı olan ölkələrin çox böyük risk altında olduqlarını göstərir. Elə bu səbəbdən, reallığı anlayan istehlakçılar getdikcə dayanıqlılıq, etik mənşə, həmçinin keyfiyyətə daha çox diqqət yetirirlər. Bununla belə, tarixən qədim içki sayılan isti çay barəsində nikbin proqnozlar verən bir çox avropalı ekspertlər bildirirlər ki, böyük ehtimalla keçmişə dönməyən çay içkisi çox yaxın gələcəkdə tələbat baxımından kofeni üstələyə bilər.

Oqtay QORÇU
Bölməyə aid digər xəbərlər
















Qüdrət Həsənquliyev deyir ki, əgər İranda azərbaycanlılar etnik təmizləmə ilə üzləşsələr, Azərbaycan onları ya silahlandırmalı, ya da öz nizami ordusu ilə kömək etməlidir
Əfşar Süleymani: Trampın siyasəti İranın təklənməsinə gətirib çıxarıb. Bu günədək Rusiya və Çin də hərbi imkanlarının hamısını İrana verməyiblər
“Qarabağ”ın baş məşqçisi deyir ki, "Ayntraxt"la qarşılaşmada baxımlı oyun nümayiş etdirməyə çalışacaqlar
ADP sədri deyir ki, hələlik İranda baş verən proseslərin inkişafı xarici güclərin, xüsusilə ABŞ-ın mövqeyindən, həmçinin Türkiyə və Azərbaycanın bu məsələdə milli maraqlarını nə dərəcədə ön plana çəkməsindən asılı olacaq
Rejissor və aktyor deyir ki, yeni fəaliyyətə başlayan teatrda tamaşaçını pasiyent əvəz edəcək