Tarix: 15-12-2025 19:18 | Bölmə: İqtisadiyyat

Çindən Azərbaycana gətirilmiş şüşə fincanlarda ağır metallar aşkarlanıb.
Reyting.az xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyi ilə Qida Təhlükəsizliyi Agentliyi (AQTA) birgə məlumat yayıb.
Bildirilib ki, tərkibində kadmium və qurğuşun olan məhsulların 6 ədədi "Sevinc Mall" Ticarət Mərkəzində yerləşən "Sinsay" mağazasına göndərilib: "Sözügedən fincanlar Səhiyyə Nazirliyinin Respublika Sanitariya-Karantin Mərkəzinə təqdim edilməyib və bu səbəbdən müvafiq laborator müayinələrdən keçirilməyib. Həmin məhsulları əldə etmiş vətəndaşlardan şüşə fincanları yoxlanılması məqsədilə Respublika Sanitariya-Karantin Mərkəzinə təqdim etmələri xahiş olunur. Laborator müayinələr ödənişsiz əsaslarla həyata keçiriləcək. Yoxlamalar nəticəsində təhlükəli ağır metallar aşkarlanmadığı halda, məhsullar vətəndaşlara geri qaytarılacaq".
Qeyd edlib ki, hazırda AQTA və Səhiyyə Nazirliyi məsələni nəzarətdə saxlayır.
Bölməyə aid digər xəbərlər
















Qüdrət Həsənquliyev deyir ki, əgər İranda azərbaycanlılar etnik təmizləmə ilə üzləşsələr, Azərbaycan onları ya silahlandırmalı, ya da öz nizami ordusu ilə kömək etməlidir
Əfşar Süleymani: Trampın siyasəti İranın təklənməsinə gətirib çıxarıb. Bu günədək Rusiya və Çin də hərbi imkanlarının hamısını İrana verməyiblər
“Qarabağ”ın baş məşqçisi deyir ki, "Ayntraxt"la qarşılaşmada baxımlı oyun nümayiş etdirməyə çalışacaqlar
ADP sədri deyir ki, hələlik İranda baş verən proseslərin inkişafı xarici güclərin, xüsusilə ABŞ-ın mövqeyindən, həmçinin Türkiyə və Azərbaycanın bu məsələdə milli maraqlarını nə dərəcədə ön plana çəkməsindən asılı olacaq
Rejissor və aktyor deyir ki, yeni fəaliyyətə başlayan teatrda tamaşaçını pasiyent əvəz edəcək