Tarix: 15-12-2025 14:06 | Bölmə: İqtisadiyyat

Çinin ən böyük mədən şirkətlərindən olan “CMOC Group” bir neçə qızıl yatağına nəzarət edən və Braziliya biznesi olan “Equinox Gold Corup”-u almaq üçün 1 milyard dollarlıq razılaşma əldə edib.
Reyting.az xəbər verir ki, Çin şirkəti Braziliyada bir neçə mədən və yataq işlədən iki “Equinox” şirkətinin – “Leagold LatAm Holdings BV” və “Luna Gold Corup”.-un mülkiyyətini tam alacaq.
Müqavilə bağlandıqdan bir il sonra “Equinox”-a 900 milyon dollar nağd pul, üstəgəl, 115 milyon dollar şərti ödəniş olacaq.
CMOC-un Honkonqdakı səhmləri bazar ertəsi günü 3,4 faiz yüksələrək iyun ayının sonundan bəri iki dəfədən çox artıb.
Qeyd edək ki, qızılın qiyməti bu il təxminən üçdə iki dəfə artaraq investisiya aktivlərinə artan tələbat səbəbindən rekord həddə çatıb. Misin qiyməti isə yüksək istehlak və mədənlərin dayanması səbəbindən 30 faizdən çox artıb.
Bu ilin əvvəlində CMOC Ekvadorun ən böyük qızıl yatağına çıxış əldə etmək üçün Kanadanın “Lumina Gold Corup” şirkətini 581 milyon Kanada dollarına (422 milyon ABŞ dolları) satın alıb.
Analitiklər hesab edirlər ki, Çinin özəl qızıl alışları rəsmi rəqəmlərdən 10 dəfədən yüksək ola bilər, çünki ölkə rekord qızıl qiymətlərinə səbəb olan ABŞ dollarından asılılığını azaltmağa çalışır. Bəzi ekspertlər hesab edirlər ki, Çinin faktiki ehtiyatları təxminən 5000 ton ola bilər - rəsmi rəqəmdən iki dəfə çox.
Qeyd edək ki, noyabrda Çin müasir tarixin ən böyük qızıl yatağı olan Dadonggou-nu kəşf edib və ehtiyatları 1444 ton olaraq qiymətləndirilir. Bu kəşf 1949-cu ildən bəri ən böyük kəşf sayılır.
V. QULİYEV
Bölməyə aid digər xəbərlər
















Qüdrət Həsənquliyev deyir ki, əgər İranda azərbaycanlılar etnik təmizləmə ilə üzləşsələr, Azərbaycan onları ya silahlandırmalı, ya da öz nizami ordusu ilə kömək etməlidir
Əfşar Süleymani: Trampın siyasəti İranın təklənməsinə gətirib çıxarıb. Bu günədək Rusiya və Çin də hərbi imkanlarının hamısını İrana verməyiblər
“Qarabağ”ın baş məşqçisi deyir ki, "Ayntraxt"la qarşılaşmada baxımlı oyun nümayiş etdirməyə çalışacaqlar
ADP sədri deyir ki, hələlik İranda baş verən proseslərin inkişafı xarici güclərin, xüsusilə ABŞ-ın mövqeyindən, həmçinin Türkiyə və Azərbaycanın bu məsələdə milli maraqlarını nə dərəcədə ön plana çəkməsindən asılı olacaq
Rejissor və aktyor deyir ki, yeni fəaliyyətə başlayan teatrda tamaşaçını pasiyent əvəz edəcək