Tarix: 15-12-2025 10:04 | Bölmə: İqtisadiyyat

Qazaxıstanın Bakı-Tbilisi-Ceyhan (BTC) boru kəməri ilə neft nəqlinin həcmi 2025-ci ilin yekunları üzrə ilin əvvəlində planlaşdırıldığı kimi təxminən 1,5 milyon ton təşkil edəcək.
Bunu 2025-ci ilin yekunlarına həsr olunmuş brifinqdə jurnalistlərin suallarını cavablandırarkən ölkənin energetika naziri Erlan Akkenjenov bildirib.
Nazirin sözlərinə görə, təsdiq edilmiş plandan kənara çıxma halı yoxdur və bu göstərici tam olaraq yerinə yetiriləcək.
O qeyd edib ki, 2026-cı il üçün planlara da 1,5 milyon ton neft həcmi daxil edilib. Eyni zamanda qurumun rəhbəri bu göstəricinin artıqlaması ilə yerinə yetiriləcəyinə ümid etdiyini bildirib.
E.Akkenjenov, həmçinin qeyd edib ki, perspektivdə "KazMunayQaz" və Azərbaycan Dövlət Neft Şirkətinə (SOCAR) arasında razılaşmalar bu istiqamətdə ildə 2,2 milyon tona qədər neft tədarükünü nəzərdə tutur(report).
Bölməyə aid digər xəbərlər
















Qüdrət Həsənquliyev deyir ki, əgər İranda azərbaycanlılar etnik təmizləmə ilə üzləşsələr, Azərbaycan onları ya silahlandırmalı, ya da öz nizami ordusu ilə kömək etməlidir
Əfşar Süleymani: Trampın siyasəti İranın təklənməsinə gətirib çıxarıb. Bu günədək Rusiya və Çin də hərbi imkanlarının hamısını İrana verməyiblər
“Qarabağ”ın baş məşqçisi deyir ki, "Ayntraxt"la qarşılaşmada baxımlı oyun nümayiş etdirməyə çalışacaqlar
ADP sədri deyir ki, hələlik İranda baş verən proseslərin inkişafı xarici güclərin, xüsusilə ABŞ-ın mövqeyindən, həmçinin Türkiyə və Azərbaycanın bu məsələdə milli maraqlarını nə dərəcədə ön plana çəkməsindən asılı olacaq
Rejissor və aktyor deyir ki, yeni fəaliyyətə başlayan teatrda tamaşaçını pasiyent əvəz edəcək