Tarix: 10-12-2025 16:22 | Bölmə: İqtisadiyyat

Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) ilə Macarıstanın "MVM ONEnergy" arasında təbii qaz təchizatına dair yeni saziş imzalanıb.
Reyting.az SOCAR-a istinadla xəbər verir ki, bu saziş bu gün SOCAR prezidenti Rövşən Nəcəfin "MVM Group"un baş icraçı direktoru Karoly Matrai ilə görüşündə imzalanıb.
Məlumata görə, 1 yanvar 2026-cı ildən qüvvəyə minəcək saziş Azərbaycan ilə Macarıstan arasında strateji enerji tərəfdaşlığının daha da möhkəmləndirilməsinə xidmət edir.
Məlumata görə, təbii qaz təchizatına dair yeni saziş şirkətlər arasında əvvəlki müqavilə əsasında hazırlanıb. Son illər ərzində hər iki şirkət uğurlu, etibarlı və qarşılıqlı faydalı əməkdaşlıq münasibətlərini davam etdiriblər. Tərəfdaşlığın uzadılması hər iki tərəfin uzunmüddətli enerji əməkdaşlığına və regional enerji təhlükəsizliyinə sadiqliyini əks etdirir.
Görüşdə şirkətlər arasında enerji sektorunun müxtəlif istiqamətləri üzrə əməkdaşlıq məsələləri nəzərdən keçirilib, cari layihələr və gələcək tərəfdaşlıq imkanları ətrafında fikir mübadiləsi aparılıb.
Tərəflər qaz tədarükü, infrastruktur layihələri, davamlı enerji həlləri və regional tərəfdaşlıq istiqamətləri üzrə əməkdaşlığın genişləndirilməsi perspektivlərini müzakirə ediblər.
Bölməyə aid digər xəbərlər
















Qüdrət Həsənquliyev deyir ki, əgər İranda azərbaycanlılar etnik təmizləmə ilə üzləşsələr, Azərbaycan onları ya silahlandırmalı, ya da öz nizami ordusu ilə kömək etməlidir
Əfşar Süleymani: Trampın siyasəti İranın təklənməsinə gətirib çıxarıb. Bu günədək Rusiya və Çin də hərbi imkanlarının hamısını İrana verməyiblər
“Qarabağ”ın baş məşqçisi deyir ki, "Ayntraxt"la qarşılaşmada baxımlı oyun nümayiş etdirməyə çalışacaqlar
ADP sədri deyir ki, hələlik İranda baş verən proseslərin inkişafı xarici güclərin, xüsusilə ABŞ-ın mövqeyindən, həmçinin Türkiyə və Azərbaycanın bu məsələdə milli maraqlarını nə dərəcədə ön plana çəkməsindən asılı olacaq
Rejissor və aktyor deyir ki, yeni fəaliyyətə başlayan teatrda tamaşaçını pasiyent əvəz edəcək